Fuad Muradov: Türk dünyasının diaspor üzrə birgə fəaliyyətinin təmin edilməsi zamanın tələbidir

Türk dövlətlərinin diaspor üzrə birgə fəaliyyətinin təmin edilməsi Ümummilli Liderin qayə və məqsədlərindən biridir.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "Heydər Əliyev və Türk dünyası" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumunda səsləndirib.

Azərbaycanın Türk dövlətlərini bir araya gətirən tədbirlərə uğurla ev sahibliyi etdiyini bildirən Fuad Muradov Ulu Öndər Heydər Əliyevin Türk dövlətlərinin birliyi və birgə əməkdaşlığı üçün böyük əmək sərf etdiyini vurğulayıb.

"Dünyanın 70 ölkəsində fəaliyyət göstərən Azərbaycan diasporunun məqsədi mövcud reallıqları, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Dünyanın 20 şəhərində Azərbaycan evləri fəaliyyət göstərir. Onların sayının artırılması planlaşdırılır”, - deyən komitə sədri diqqətə çatdırıb ki, Türk dünyasının birgə fəaliyyətinin təmin edilməsi zamanın tələbidir.

Xudaferin.eu

15:15