Fərid Şəfiyev: Zəngəzur dəhlizinin taleyi Azərbaycan-Ermənistan münasibətlərinin perspektivi üçün həlledici ola bilər

Zəngəzur dəhlizinin açılması, Bakı ilə Naxçıvan arasında kommunikasiyanın işə düşməsi Ermənistan tərəfinin gələcək münasibətlərin yaxşılaşdırılması işində nə qədər səmimi olacağını göstərən əsas amillərdəndir.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev dekabrın 28-də keçirilən mətbuat konfransında deyib.

Sədr qeyd edib ki, Ermənistan hökuməti gələcək münasibətlərin qurulması üçün Bakıdan Naxçıvana və yaxud Türkiyəyə maneəsiz gediş-gəlişi, yük daşımalarını təmin etməklə öz mövqeyini şəffaf şəkildə ortaya qoymalıdır.

Xudaferin.eu

15:36