Fərid Şəfiyev: Vişeqrad ölkələrinin təcrübəsi bizim üçün maraqlıdır
İndiki dövrdə həm Cənubi Qafqazda, həm də Şərqi Avropada müəyyən iqtisadi dəyişikliklər baş verir. Bu dəyişikliklərin həm müsbət, həm də mənfi təsirləri var. Hər iki regionda müəyyən oxşarlıq mövcuddur.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.
“Hər iki regionda vaxtilə kommunizm var idi, yəni, sosialist iqtisadiyyat hökm sürürdü. 1990-cı ildən Azərbaycan bazar iqtisadiyyatını qurur. Bu baxımdan Vişeqrad ölkələrinin təcrübəsi bizim üçün maraqlıdır və məqsədəuyğundur. Eyni zamanda, Azərbaycan və Vişeqrad ölkələri arasında müəyyən siyasi, təhlükəsizlik çərçivəsində təmaslar var, eyni zamanda, humanitar əlaqələr mövcuddur”, - deyə F.Şəfiyev qeyd edib.

Xudaferin.eu
16:34
Digər xəbərlər