Fərhad Pirinççi: Azərbaycan Vətən müharibəsindən əvvəl də Ermənistanı sülhə dəvət edirdi
ADA Universitetində "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfrans dünyanın müxtəlif ölkələrindən ekspertlərin, akademiklərin gəlməsi ilə birlikdə Azərbaycandakı inkişafın birbaşa müşahidəsi, regionda baş verən hadisələrin Prezident İlham Əliyev tərəfindən iştirakçıların diqqətinə çatdırılması, insanların Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycandakı sülhün nə qədər əhəmiyyətli olduğunu görməsi, eyni zamanda, inkişafın davam etdiyini göstərmək üçün vacibdir. Hər dəfə Bakıya gələndə ölkənin necə inkişaf etdiyini görmək sevindiricidir. Bunu təkcə mən demirəm, şəhərə gələn hər kəs mənimlə həmfikirdir.
Bunu AZƏRTAC-a açıqlamasında Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun elmi işçisi Fərhad Pirinççi söyləyib.
Regionda sülh quruculuğu istiqamətində görülən işlərdən danışan elmi işçi deyib ki, Azərbaycan Vətən müharibəsindən əvvəl də Ermənistanı sülhə dəvət edirdi: "Azərbaycanın sülh istiqamətində atdığı addımlara baxmayaraq, Ermənistan sülhə yanaşmırdı. Nəticədə İkinci Qarabağ müharibəsi oldu. Müharibədən sonra da Prezident İlham Əliyev Ermənistana sülh təklif etdi, çünki ermənilər üçün bundan başqa alternativ yox idi, Ermənistan əvvəlki işğalçı siyasətinə geri dönə bilməzdi. Hazırkı geosiyasi reallıqlar fonunda Ermənistanın sülhdən başqa çarəsi yoxdur".
F.Pirinççi qeyd edib ki, Paşinyan hakimiyyətinin sülhün təmin edilməməsi üçün atdığı addımlar regiondakı sabitliyə zərər verir. Buna baxmayaraq, yeni reallıqlar Ermənistanın sülhdən başqa yolunun olmadığını göstərir.

Xudaferin.eu
16:40
Digər xəbərlər