“Fərat Qalxanı” әmәliyyatının 145-ci günü 198 DEAŞ hədəfi vurulub

Suriyanın quzeyinin terror  tәşkilatlarından tәmizlәnmәsi üçün Türkiyənin liderliyilә  avqustun 24 başlanılan  ‘‘Fәrat Qalxanı’’  әmәliyyatı çәrçivәsindә  DEAŞ-a aid 198  hәdәf mәhv edilib, 9 terrorçu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat Qalxanı” hərəkatı  çərçivəsində əməliyyatları davam etdirir. Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə,  əməliyyatların 145-ci günündə türk qırıcıları DEAŞ  terror qruplaşmasının Suriyadakı 198 hədəfini vurub. Eyni zamanda, 9 terrorçunun zərərsizlədirildiyi bildirilir.
Qeyd edək ki, Suriyada bir yandan İrana bağlı olan hizbullahçı qüvvələr, o biri yandan radikal sünnü təriqətinə məxsus İŞID və onun yedəyində gedən silahlı birləşmələr bölgədə idarə olunan terror siyasətini yürüdürlər. Beləliklə də Türkiyənin bölgədəki barış siyasətinə qarşı sarsıdıcı zərbələr vurulur. Suriyada şon 3 ildə yaşanılan vətəndaş savaşı nədəni olaraq, ən çox zərər çəkən də məhz burada yaşayan 3 milyonluq Türkman əhalisidir. Ərəblər vətəndaş savaşından özlərini qorumaq üçün Avropanın 30-dan çox ölkəsinə mühacirət ediblər. Təkcə Türkiyəyə 3 milyondan çox ərəb əhalisi köçüb. Suriya başdan başa tamamilə xarabazarlığa çevrilmiş bir ölkəyə çevrilib. Təkcə öz tarixi torpaqları uğrunda döyüşən güc Türkman əhalisidir. Bunun əsas səbəblərindən biri də, Türkmanlara dünyanın heç bir dövləti sosial, ictimai, siyasi, iqtisadi və digər məsələlərdə hər hansı bir dəstəyi vermirlər. Türkiyə bütün bunları nəzərə alaraq, İŞID tipli terrorçu birləşmələri darmadağın etmək taktikasını yürüdür.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

 

 

15:24