Fransa: sabiq nazir prezidentlik uğrunda yarışmanın favoriti olub

Fransanın keçmiş iqtisadiyyat naziri Emmanuel Makron populyarlığına görə ölkənin sabiq baş naziri Fransua Fiyonu qabaqlayaraq Fransanın prezident postu uğrunda yarışın favoriti olub. Bu, “BVA-Salesforce” xidməti tərəfindən keçirilən və fevralın 4-də dərc olunan sorğunun nəticələrində əksini tapıb. Sorğunu aparan şirkətin əldə etdiyi nəticəyə əsasən, Emmanuel Makron prezdent seçkilərinin ikinci turuna keçməlidir. Burada o, nəzərəçarpacaq fərqlə (66 faiz 34 faizə qarşı) “Milli cəbhə” partiyasının lideri Marin Le Penə qalib gəlməlidir.

Bu yaxınlarda partiya praymerizində sabiq Baş nazir Manuel Valsa qalib gələn sosialist partiyasının namizədi, keçmiş təhsil naziri Benua Amonun populyarlığının artması da müşahidə edilir. Sorğuda qeyd olunur ki, Makronla Le Penin dəstək səviyyəsi daha çox yaxınlaşaraq 22 faizin 25 faizə nisbətinə çatıb. KİV-lərin 900 min avro dövlət vəsaitini mənimsəməkdə ittiham etdiyi Fransua Fiyon isə sürətlə populyarlığını itirir.

Xudaferin.eu

11:07