Fransa portalında “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” konfransı barədə məqalə dərc olunub
Fransanın “Musulmansenfrance” portalında ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans və Zəfər Qurultayı barədə məqalə dərc olunub.
Məqalədə Prezident İlham Əliyevə istinadla bildirilib ki, Azərbaycanın həyata keçirdiyi bütün təşəbbüslərin əsas məqsədi işğal zamanı dağıdılmış ərazilərin bərpası, məcburi köçkünlərin öz evlərinə qayıtması ilə yanaşı, bütün Qafqaz ölkələri arasında davamlı sülh və əməkdaşlıq ruhu yaratmaqdır.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, yazıda “Musulmansenfrance” portalının baş redaktoru Jan-Mişel Brönün də iştirak etdiyi konfransa 23 ölkədən 40-a yaxın ekspert və beyin mərkəzlərinin nümayəndələrinin bir araya gəldiyi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, xüsusilə də Şuşada müharibədən sonra infrastrukturun bərpası ətrafında müzakirələr aparıldığı diqqətə çatdırılıb. Həmçinin regionda davamlı sülhün bərpa edilməsi və münaqişədən sonra regional əməkdaşlıq imkanları əsas müzakirə mövzuları olub.
Konfransın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirildiyini yazan müəllif 30 il işğal altında qalmış şəhər və kəndlərdə şahidi olduğu barbarlıq aktlarından danışıb, minatəmizləmə işləri ilə tanış olduqlarını bildirib. Həmçinin ermənilərin bu ərazilərdə bir milyona yaxın mina basdırdığını diqqətə çatdırıb.
Məqalədə konfransda “Şuşa-dirçəliş yolunda”, “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı mövzular ətrafında aparılan müzakirələrdən də bəhs olunub. Eyni zamanda, Prezident İlham Əliyevin konfrans iştirakçıları ilə görüşündəki çıxışından, eləcə də Azərbaycanın gələcəyi, onun qonşuları və dünyanın digər ölkələri ilə münasibətlərə dair iştirakçıların suallarını cavablandırmasından danışılıb. Vurğulanıb ki, Prezident İlham Əliyev 30 illik işğal zamanı Azərbaycan xalqının çəkdiyi iztirablar, Qarabağın şəhər və kəndlərinin kütləvi şəkildə dağıdılması, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri, davamlı sülhün bərqərar olması üçün Ermənistana təqdim edilmiş 5 prinsip barədə ətraflı məlumat verib.

Şəhla Ağalarova
Xudaferin.eu
15:48
Digər xəbərlər