Fransa məktəblərində smartfonlar qadağan edildi

Fransada məktəblilərin dərs vaxtı smartfonlardan istifadəsini qadağan edən qanun layihəsi qəbul edilib. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “The Verge” nəşri məlumat yayıb. 

Yeni qaydalar 2018-ci ilin sentyabrından etibarən qüvvəyə minəcək və internetə çıxış imkanı olan bütün elektrik avadanlıqlarına – planşet, noutbuk, smartfon və s. aid ediləcək. 15 yaşadək məktəblilər elektrik cihazlarını ya evdə qoymalı, ya da dərsin sonunadək bağlı saxlamalıdır. 

Bununla Fransa hökuməti uşaq və yeniyetmələrin mobil telefondan asılılığı ilə mübarizə aparmaq niyyətindədir. Bu qadağa prezident Emmanuel Makronun seçkiqabağı kampaniya vaxtı əsas vədlərindən biri olub.

Xudaferin.eu

14:58