Fransa “Biz Dağlıq Qarabağ"ı tanımırıq

 

"Bizim mövqeyimiz aydındır. Fransa "Dağlıq Qarabağ"ı tanımır".
 

Bunu "Report"un sorğusuna cavab olaraq Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər. Fransa XİN-dən bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə verilən cavabda qeyd edilib ki, hökumət Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"ya riayət etməyə məcbur deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Fransanın Alfortvil kommunası ilə Ermənistanın işğalı altında olan Azərbaycanın Laçın rayonu arasında "dostluq xartiyası" imzalanıb. Tədbirdə Alforvil meri Mişel Gerşinovitz, Ara Torayan, deputatlar, bələdiyyə üzvləri, Ermənistanın Parisdəki səfiri, Dağlıq Qarabağ separatçılarının Fransadakı "daimi nümayəndəsi" Hovanes Gevorkyan və Laçının "meri" Artyom Sarıbekyan iştirak edib.

Report.az

10:22