Əfqan Muxtarlının saxlanılmasından verilən şikayətə baxılması təxirə salınıb
Əfqan Muxtarlının saxlanılmasından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə baxılması təxirə salınıb. Dinləmələr Səbael rayon Məhkəməsində iyunun 9-na təyin edilmişdi. Ancaq prokurorluq nümayəndəsi gəlmədiyindən iclas iyunun 16-na keçirilib.
Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib. Vəkil hesab edir ki, prokurorluq məhkəmə araşdırmasını qəsdən yubadır.
Şikayət Ə.Muxtarlının qanunsuz həbsilə bağlıdır. Vəkilin sözlərinə görə, Ə.Muxtarlı ruhdan düşmür, təslim olmur. Ancaq o, şəkərli diabetdən əziyyət çəkir. Hələlik ona dərmanlar vermirlər.
Əfqan Muxtarlı mayın 29-da oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. O, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etməkdə ittiham olunur. Eyni zamanda, jurnalistə 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona bilkin istintaq dövründə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Muxtarlı məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib, ona işgəncə verilib və cibinə 10 min avro pul qoyulub.

Amerikaninsesi.org
09:30
Digər xəbərlər