​Fələstində Qüdslə bağlı aksiyalar davam edir

Fələstində ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına qarşı aksiyaları artıq 5 gün davam edir.

Xudaferin.eu-nun məlumatına görə, İsrail polisinin müdaxiləsi nəticəsində dünən daha 45 fələstinli yaralanıb. Qırmızı Aypara Cəmiyyətinin Fələstin şöbəsinin məlumatına görə, toqquşmalar Qüdsdə, Qəzza bölgəsiylə sərhəddə və İordan çayının qərbindəki müxtəlif şəhərlərdə qeydə alınıb.

Tsaxal hərbçiləri dinc nümayişçilərə qarşı gözyaşardıcı qaz, döyüş və plastik güllələrdən istifadə edib. Gözyaşardıcı qazdan istifadə zamanı 80-ə qədər fələstinlinin halı pisləşib.

Xudaferin.eu

17:08