Firəngiz Əlizadənin əsərləri “Kronos Quartet” qrupu dünya turnesinin proqramında

 

Amerika və Avropanın xəbər saytlarında verilən məlumata görə, dünya şöhrətli “Kronos Quartet” qrupu (San-Fransisko) dünya ölkələrinə qastrol səfərinə başlayır.

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən erilən məlumata görə bu turnenin qeyri-adiliyi ondan ibarətdir ki, məşhur ansamblın konsertləri 18 ölkədən olan gənc musiqiçilər üçün ustad dərsləri ilə müşayiət olunacaq. Qocaman kollektivin təcrübəli iştirakçıları öz konsertlərində müasir bəstəkarların ən yaxşı kvartet nümunələrini təqdim etməklə bərabər, həm də Amerika və Avropanın yeni təşkil olunmuş kvartetləri üçün nümunəvi açıq dərslər keçirəcəklər.

Sevindirici haldır ki, amerikalı musiqiçilərin bu maraqlı layihəyə daxil etdiyi janrın ən yaxşı nümunələri arasında Firəngiz Əlizadənin musiqisi fəxri yer tutur. Onun üç əsəri - “Mugamsayagi”, “Oasis” və “Dance” həm “Kronos Quartet”in qastrol turnesinin, həm də ustad dərslərinin repertuarına daxil edilib.

Xudaferin.eu

 

10:19