Finlandiyada zavoddakı yanğına görə şəhər təxliyyə edildi - VİDEO

Finlandiyanın Salo şəhərində şam zavodunda baş verən yanğın səbəbindən təxliyyə başlanılıb. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi Finlandiya Xilasetmə Xidmətinə istinadla məlumat yayıb. 

200 ton parafinin olduğu zavoddakı yanğın 10 min kvadrat metr ərazini əhatə edib. Hadisə yerinə 30 yanğınsöndürən cəlb edilib. Ölən və ya xəsarət alan yoxdur. 

Zavoddan çıxan qatı tüstü yaxınlıqdakı magistralda hərəkəti çətinləşdirib. Yanğının səbəbləri ilə bağlı məlumat verilmir. 

Xudaferin.eu


 

15:31