Filippində yanğın nəticəsində 15 min nəfər evsiz qalıb

Çərşənbə gününə keçən gecə Filippinin paytaxtı Manilada baş verən yanğın 15 min adamın evsiz qalmasına səbəb olub.  

Xudaferin.eu RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 

Məlumata görə, Parola rayonunda bir gecəyə mindən çox yaşayış tikilisi yanıb. Hadisə gecə saatlarında evlərin birində alışma nəticəsində baş verib. Yanğının baş verdiyi rayonda evlər iki-üç ailə üçün nəzərdə tutulub və bir-birinə çox yaxın yerləşir. Bu isə yanğının tez bir zamanda böyük ərazini əhatə etməsinə səbəb olub. 

Xoşbəxtlikdən yalnız yeddi nəfər yüngül xəsarət alıb, yanğında başqa heç kim yaralanmayıb. 

Xudaferin.eu

18:39