Filippin: silahlılarla toqquşmadan sonra 70-dək polis yoxa çıxıb

 

Filippinin Şimali Lanao əyalətində Əbu Səyyaf qruplaşmasının silahlıları arasında toqquşmalar başladıqdan sonra təxminən 70-ə yaxın polis yoxa çıxıb.

Mindanao Muxtar Əyalətinin polis rəisi Reuben Theodore Sindacın sözlərinə görə, polislər mütləq itkin düşmüş sayılmır. Yolların bağlanması səbəbindən onların bəzilərinin özləri haqqında məruzə etmək imkanları olmaya da bilər. O, həmçinin hərbçilərə kömək göstərən polislərin Maravi şəhərinin qərbində pusquya düşdükləri ehtimalını da zəif qiymətləndirib.

Filippinin hökumət qüvvələri ölkənin cənubunda Maravi şəhərini nəzarət altına alan “Əbu Sayyaf” və “Maute” müsəlman qruplaşmalarına qarşı aktiv hərbi əməliyyatlar aparır. Bununla əlaqədar mayın 23-dən etibarən ölkənin bəzi rayonlarında hərbi vəziyyət rejimi tətbiq olunub. Prezident Rodriqo Duterte isə bir neçə gün öncə xarici səfərlərini ləğv etmək məcburiyyətində qalıb. “Straits Times” qəzetinin məlumatına əsasən, döyüşlər nəticəsində 38 hərbçi və bir o qədər də dinc əhali həlak olub, sox sayda insan yaralanıb.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

09:24