Fikri İşık: "Bundan sonra iki məsələmiz var: biri Münbiç, digəri Rakka"

 

Amerika Birləşmiş Ştatları Baş Qərargah rəisi Jozef Danford Türkiyədədir.

Jozef Danford türkiyəli həmkarı, general Hulusi Akarla Adana İncirlik Bazasında bir araya gələcək. İki ölkə ordu başçısı görüşdən sonra açıqlama verəcəklər. Türkiyə Milli Müdafiə naziri Fikri İşık bildirib ki, onlar Türkiyə və Amerika tərəflərinin Suriyada Rakka hərbi əməliyyatlarında birlikdə iştirak edib-etməməklə bağlı və terror təşkilatı PKK, onun Suriya davamı PYD/YPG ilə mübarizədən danışacaqlar.”

Əl Bab əməliyyatına da toxunan Fikri İşık deyib: "Bundan sonra iki məsələmiz var: biri Münbiç, digəri Rakka".

Qeyd edək ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi CIA başçısı Mayk (Mike) Pompeo da ilk xarici səfərini keçən həftə Türkiyəyə etmişdi. Səfər zamanı PYD/YPG və Fətullahçı Terror Təşkilatı (FETÖ) başda olmaqla bir çox mövzular müzakirə edilmişdi.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

11:40