Feliks Stefan: Fransada insanlar hələ də əziyyət çəkirlər

Azərbaycanın digər ölkələrin apardığı müstəmləkə siyasətinin işıqlandırılmasında önəmli rolu var.

Bunu Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər görüşünün iştirakçısı Feliks Stefan AZƏRTAC-a açıqlamasında deyib.

Quldarlıq rejimindən danışan Feliks Stefan bildirib: “Mənim ailəm 6 nəsil əvvəl Fransaya qul kimi gətirilib. İnanıram ki, artıq bunun əvəzinin ödənilməsinin vaxtıdır. Fransada insanlar hələ də əziyyət çəkirlər.

Bizim ölkəmiz müstəqil deyil. Əhalinin bir qismi paytaxt Parisdən çox uzaqda yaşamağa məcburdur və onlar üçün iş tapmaq çətindir. Əsl problem isə odur ki, biz ölkələrimizi idarə etmək üçün muxtariyyət istəyirik. Mən Azərbaycanı dekolonizasiya məsələlərinin müzakirəsi baxımından yaxşı platforma adlandırardım. Bizi buraya dəvət etdiklərinə və müzakirə olunan mövzuların aktuallığına görə təşkilatçılara minnətdaram”.

Xudaferin.eu

16:40