Faşizm üzərində Qələbənin 76-cı ildönümü Berlində də qeyd olunub

Berlin şəhərində faşizm üzərində Qələbənin 76-cı ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, tədbirlərdə Almaniyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, AFR dövlət qurumlarının nümayəndələri, müharibə veteranları, KİV təmsilçiləri iştirak ediblər.

Tədbirlərə qatılan Azərbaycan Respublikasının Almaniyadakı səfiri Ramin Həsənov Berlin şəhərinin Treptov və Tiergarten parklarında Sovet əsgərlərinin şərəfinə ucaldılmış abidələr önünə əklillər qoyub.

Vüqar Seyidov

Xudaferin.eu

12:43