Fars şovinizminin atası Firdovsinin yalanları

 

Min ildir “paniranizm” və “panfarsizm” ideyasının təməlini qoymuş Əbülqasım Firdovsi ilə bağlı mövhumat dolu minlərlə əfsanələr və rəvayətlər qoşularaq indiki İran adlı ərazidə, Pakistan, Hindistan, İraq, Əfqanıstan, Banqladeş və Tacikstanda geniş miqyaslı ideoloji təbliğat vasitəsinə çevrilib. Bu, fars kökənli olmayan toplumların assimliasiya edilməsi doktrinasının tərkib hissəsidir. Hindistanın “Sind” vadisindən Ön Asiyaya, Türküstana və Qafqaza köç etmiş indus kökənli farslar bu bölgələrdə məskunlaşmaqla yanaşı, həm də üstün kültür siyasətinin önündə olmaq ideoloji konseptləri zamanla gündəmə gətirməyi hədəf seçmişlər. Ona görə də mifoloji və dini baxımdan etnomədəni düzəndə hakim olmaq statusu üçün mücadilə aparırlar.

Sultan Mahmud Qəznəli farsları və dariləri sevməzdi

Əbülqasın Firdovsi 935-ci ildə Tus şəhərində anadan olmuş və 1020-ci ildə ölmüşdür.
Sultan Mahmud Qəznəli isə, 971-ci ildə anadan olmuş və 1030-cu ildə dünyasını dəyişmişdir. Sultan Mahmud Qəzənəli 1001-ci ildə Heratda (indiki Əfqanıstan) şah taxtına oturmuş və tarixdə ilk dəfə sultan titulu ona verilmişdir. 30 yaşlı sultan  1001-1126-cı illər aralığında 17 dəfə Hindistan yürüşlərində olmuş, Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəli dövlətinin ərazisinə qatmışdır. Bununla yanaşı, Əfqanıstan daxil olmaqla, Rey, Həmədan, İsfəhan, Gur əyalətlərini ələ keçirərək Xarəzmdən Xəzər dənizinin sahillərinə qədər qüdrətli dövlət yaratmışdır. Tarixi qaynaqlar onu da qeyd edirlər ki, Sultan Mahmud Qəznəli “fars şovinizmi”nə, tarixi baxımdan “hinduizm”ə nifrət edirdi. Farsçılıq siyasətini ortaya qoyan sonuncu fars dövləti Səffarilərin 1002-ci ildə və Racpurt Konfederasiyasına 1008-ci ildə son qoymuşdu. Bununla yanaşı, İsfəhan və Rey kitabxanalarını Qəznə şəhərinə köçürmüşdü. İfrat fars sovinizmi ideyasını müdafiə edən “mirzələr” saxtakarlıq edərək bütün əsərlərində qeyd edirlər ki, Sultan Mahmud Qəznəli guya fars dilini sevdiyi üçün, sarayda bu dili rəsmiləşdirmişdi. Onun sarayında yaşayan 400 nəfərdən çox fars şairinə yüksək dəyər verilirdi. Qohum dillər olan dari və fars dilinin təbliğ edilməsi üçün minlərlə müəllimi İrana göndərmişdi. Əbülqasim Firdovsiyə yüksək dəyər verib. Bu münasibətin nəticəsi kimi “Şahnamə”nin yazmasını sifariş edib. Halbuki, Sultan Mahmud Qəznəli dövlətini qədim türk hərbi qaydaları ilə idarə etməyə üstünlük verirdi. Bunun üçün də türk kökənli əyanlara xüsusi qayğı göstərirdi. Bu hərbi əyanlar zümrəsi Qəznəli dövlətinin dayqları hesab olunurdular. Çünki, Qəznəli dövlətinin idarə olunmasının ənənəsi var idi. Sülalənin təməlini görkəmli sərkərdə Alp Tekin qoymuşdu. Sonralar sülalə şəklini alan Əbu İshaq İbrahim (963-966), Bilgə Təkin (966-972), Piri Təkin (972-977), Səbuk Təkin (977-997), İsmayıl (997-998), Mahmud (998-1030), Toğrul Bozan (1053 ), III Məsud Qəznəli (1099-1115), Bəhramşah Qəznəli (1117-1153) kimi görkəmli dövlət başçıları olmuşdur. Sultan Mahmud Qəznəli bu sülalənin ən böyük lideri olaraq tarixdə xüsusi imzasını qoymuş dövlət başçısı hesab olunur. Adlı-sanlı Karluk boyundan olan qəznəlilər türk törə sisteminə sadiq olmuşlar. Sultan Mahmud Qəznəlinin Firdovsiyə türklərə qarşı həqarət dolu poemanın yazılması sifarişini verə bilməzdi. Bundan əlavə, tarixi qaynaqlar sübut edir ki, Firdovsi Tus şəhərindən kənara çıxmamışdır. Sultan Mahmud taxtda oturan zaman 30, Firdovsinin isə 66 yaşı var idi. Bu dönəmə qədər Firdovsi tanınmış şair deyildi. Belə olduğu təqdirdə, Sultan Mahmud böyük bir poemanın yazılmasını sifariş edə bilməzdi.

“Şahnamə”dən boylanan böhtan

Bu əsərin alt qatında gizlənən ilk “fars şonizmi” ideologiyası Orta Şərqdə irqçiliyin və radikal “paniranizm” düşüncə sisteminin təməl prinsipi yer alır. Əsər sadəcə türk kökənli toplumları deyil, həm də ərəbləri belə, aşağılayan bir düsturdur. “Şahnamə”də süni şəkildə uydurulmuş “pəhləvi qəhrəmanları”nın (fars) dahiliyi mistik güc kimi təlqin olunur. Ərəbləri aşağılayan bu kiçik şeirə diqqət yetirsək daha yaxşıdır:

 

“Dəvə sidiyini içən və kərtənkələ yeyən ərəb

İşi öylə bir yerə çatdırmış ki,

Kiyanilər tacını yiyələnmək istəyir.

Tüpürüm sənin çarxına ey fələk, tfuu!..”

Farsca orjinalı belədir:

ز شاش شتر خوردن و سوسمار
 عرب را به جایی رسیدست کار
که تاج کیانی کند آرزو
تفو بر تو ای چرخ گردون، تفو!

Firdovsinin qədim hind-sinqx mədəniyyətinin izi olan “məsnəvi” janrında bu poemanı yazmasının özü belə, düşündürücüdür. Firdovsinin “Şahnamə”də uydurulan nağıllardan biri də, guya bu əsəri görkəmli türk dövlət başçısı Sultan Mahmud Qəznəlinin sifarişi ilə yazmışdır. Hətta “Şahnamə”də müəllifin özü tərəfindən bu həqiqət etiraf olunaraq belə qeyd edilmişdir:

“Çox çilələr çəkdim bu 30 ildə
Əcəmi diriltdim bu parsi ilə”

Poemada “əcəmi” dedikdə türklər nəzərdə tutulur. “Əcəmi” sözünün ortaçağ dönəmində anlamı “gəlmə”, “yadelli” mənasını verən deyim kimi qəbul olunur. Halbuki, İran adlı ərazidə türklərin tarixi izlərinin yaşı 7 min ildir. Bu barədə ilk dəfə 1950-ci illərdə ABŞ-ın məşhur arxeoloq-etnoqraf allimlərindən Pinas Delokas və Hilen Kantur Tehranda nəşr olunan “Bərrasihaye tarixi” (tarixi tədqiqatlar) dərgisində çox böyük müzakirələrə səbəb olan məqalələr yazıblar. Dönəmin şahı olan Məhəmmədrza Pəhləvi dünyanın dörd bir yanından arxeoloq-etnoqraf, kulturoloq, tarixçi və digər alimləri dəvət edərək onların qarşısında bu coğrafiyanın qədim “pəhləvilər”ə, yəni farslara aid olması kimi tələblər qoyurdu. Bunun qarşılığında alimlər dünyanın ən böyük qonorarlarını alırdılar. Məqsəd “irani milləti” ideyasını hüquqi cəhətdən rəsmiləşdirmək idi. Belə bir siyasi konsepsiya ona görə baş tutmadı ki, “Hind-Avropa nəzəriyyəsi” artıq Qərbin özündə belə çökmüşdü. “Arizm” (ali irq) nəzəriyyəsinə isə bütün mədəni xalqlar tüpürmüşdülər. “Şahnamə”nin   türk sultanı Sultan Mahmud Qəznəlinin sifarişi ilə yazılması faktını əlahəzrət tarixi faktların özü inkar edir. Belə ki, Sultan Mahmud Qəznəli anadan olanda Əbülqasım Firdovsinin 30 yaşı var idi. Sultan Mahmud Heratda 30 yaşında taxta oturmuşdur. Ötən 30 ildə isə Firdovsi Ön və Mərkəzi Asiyada tanınmış bir şair deyildi. Bundan əlavə, Sultan Mahmud Qəznəli şah taxtına oturan kimi Pakistan və Hindistanda döyüşlərdə keçib həyatı.

Min ildir gizli saxlanılan “Yusif və Züleyxa” poeması

Firdovsinin ölümündən az öncə yazdığı bu əsəri “Şahnamə” poemasından fərqli olaraq tamamilə fərqli üslubda yazılmış, bununla yanaşı, müəllif ilk böyük əsərində yazdıqlarını tamamilə inkar etmişdir. Bununla yanaşı, “Yusif və Züleyxa” poemasında etiraf etmişdir ki, “Şahnamə”də nə yazıbsa, hamısı onun uydurmalarıdır. Tarixi mənbələrdə bu barədə ilk faktlar Əmir Teymurun torunu Sultan Baysanqurun dönəmində, yəni 1430-cu ildə onun əmri ilə yazılmış “Şahnamə” əsərində Firdovsinin “Yusif və Züleyxa” poemasında müəllifin etirafları ön sözdə xüsusi şəkildə qeyd edilmişdir. Bayasanqurun sifarişi ilə yazılan bu əsərin beş əlyazma nüsxəsi Daşkənd Dövlət Muzeyi (Özbəkistan), Tehran Gülüstan sarayı Muzeyi (İran), London Muzeyi (İngiltərə), İsgəndəriyyə Kitabxanası (Misir) və digər ölkələrdə qorunub saxlanılmaqdadır. Ortaçağ Şərq ədəbiyyatının tədqiqatçılarının fikrincə Firdovsinin “Yusif və Züleyxa” poeması dil, yazı və bədii fikir üslubu baxımından onun “Şahnamə” əsərindən qat-qat səviyyəlidir. “Yusif və Züleyxa” poemasında Firdovsinin özü “Şahnamə”də yazdıqlarını inkar edərək belə yazır:     

  

Bir çox nağılları nəzmə çəkdim,

Əfsanədən və əski deyimlərdən.

Çeşidli nəzmdən bəzək vurdum,

Öz istədiyim nə varsa orada dedim.

Ürəyim bundan xoşlansa da,

Günah və əzab toxumu əkirdim.

O əkdiyim toxumdan peşman olmuşam,

Ürəyimlə dilimi düyünləmişəm.

İndi yalan öykülər demərəm,

Sözü boş deyimlərlə bəzəmərəm,

İndi günah və əzab toxumu əkmərəm.

Çünkü qara yerinə ağ gəldi artıq,

Bilmirəm bədən nə istər əzabdan başqa.

Əfrasiyabla Keyxosrovun savaşından?

Buna ağıl gülərsə yeri var,

Mənim özümdən bunu harada, haçan bəyənər ağıl?

Nədən boş yerə ömrümün yarısını azaldaraq,

Dünyaya Rüstəmin adını yaydım?!

Bütün bunlardan bezdim artıq.

Həm pəhləvandan, həm Tusdan,

Həm də Zalın oğlundan (Rüstəmdən).

İndi bu neçə gün qalan ömrümü,

Doğru və düz yolda qoymaq istəyirəm.

Bilginlərin getdiyi yolla getmək gərəkir,

Dəlilərin yoluyla getməmək gərəkir.

Bütün o nağıllar (Şahnamədəki nağıllar) ağ yalandır,

İki yüz öylə nağıllar bir ovuc torpağa dəyməz”. [3]

 

Farsca orijinalı belədir:

به نظم آوریدم بسی داستان
ازافسانه و گـــــفته باســــتان
 هر گونه ای نظم آراستم
بگفتم درو هر چه خود خواستم

اگرچه دلم بود از آن بامزه
همی کاشتم تخم رنج و بزه
از آن تخم کشتن پشیمان شدم
زبان را و دل را گره بر زدم

نگویم کنون نامه های دروغ
سخن را ز گفتار ندهم فروغ
نکارم کنون تخم رنج و گناه
که آمد سپیدی به جای سیاه

ندانم چه خواهد بدن جز عذاب
زکیخسرو و جنگ افراسیاب
برین می سزد گر بخندد خرد
زمن خود کجا کی پسندد خرد؟

 که یک نیمه عمر خود کم کنم
جهانی پر از نام رستم کنم؟
دلم گشت سیر و گرفتم ملال
هم از گیو و طوس و هم از پور زال

کنون گر مرا روز چندی بقاست
دگر نسپرم جز همه راه راست
گرفتن یکی راه فرزانگان
نرفتن به آئین دیوانگان

نگویم دگر داستان ملوک
دلک سیر شد زآستان ملوک
که آن داستانها دروغ است پاک
دوصد زان نیارزد به یک مشت خاک

Beləliklə də aydın olur ki, Firdovsi həyatının son illərində yazdığı “Yusif və Züleyxa” poeması ilə “Şahnamə”də uydurduğu yalanlara görə əzab çəkdiyini açıq şəkildə etiraf etmişdir. “Yusif və Züleyxa” poemasının başlanğıcında müəllif öz keçmişindən söz açaraq, dolayı yolla “Şahnamə”də uydurduğu hekayələrə görə əzab çəkdiyinə, günah toxumunu əkdiyinə görə peşmançılıq keçirdiyini etiraf edir. “Şahnamə”dən fərqli olaraq “Yusif və Züleyxa” poemasında haqqında bəhs edilən mövzunu “Tövrat” və “Quran”dan götürdüyünü də qeyd edibdir. O, etirafında xüsusi şəkildə bildirir ki, “tövbə” qapısı açıq olduğu üçün “Yusif və Züleyxa”nı yazmışdır.

 

Karl Hermann Ethenin kəşfi

Əbülqasım Firdovsinin “Yusif və Züleyxa” poeması İran adlı ərazidə “Ələmut Şeyxləri” hərəkatı başlayandan üzü bu yana, yəni XI yüzildən etibarən farslar tərəfindən mümkün qədər gizli saxlanılmış, hətta belə bir əsərin varlığı inkar edilmişdir. Əsər kütləvi şəkildə ilk dəfə 1903-cü ildə Londonda nəşr edilmişdir. Əsər həm də elmi mənbə olaraq, “London Kitabxanası” və “London Muzeyi”ndəki əlyazmalara istinadə çap edilibdir. Əsər “Şahnamə”də olduğu kimi məsnəvi janrında yazılmışdır. Məşhur şərqşünas alim, professor Sadiq Rzazade Şəfəqin “Tarix-e ədəbiyat-e farsi” adıyla farcaya çevirdiyi bu kitab 1958, 1972 və 1977-ci illərdə Tehranın “Bonqah-e tərcome və nəşr-e kitab” adlı yayınevində çap olunaraq yayınlanmışdır. Firdovsinin “Yusif və Züleyxa” poeması elm aləmində ilk dəfə olaraq məşhur alman şərqşünas alim Karl Hermann Ethe tərəfindən 1889-cu ildə tədqiqat mövzusu kimi gündəmə gətirilmişdir. O, həmin il “VII Uluslararası Şərqşünaslar Konqresi”ndə bu barədə dünya qarşısında geniş məruzə ilə çıxış etmişdir. Karl Hermann Ethe “Yusif və Züleyxa” poeması ilə bağlı bunları da qeyd edib: “Yusif və Züleyxa poemasının 3 əlyazma və 2 daşbasma kitabını tapdım. Əsər 3697 sözdən ibarətdir. “Şahnamə”dən fərqli olaraq burada ərəb, türk, ibrani, Indus və digər dillərə məxsus söz tərkibi də çoxdur”.
Qeyd edək ki, Karl Hermann Ethe bir şərqşünas alim kimi Firdovsinin “Yusif və Züleyxa” poemasının dili, sözlərin ifadə qaydaları, bədii-estetik yönü, dini mistik rəvayətlər və digər faktları incələyərək ön söz yazmaqla 1908-ci ildə çap etmişdir. Kitab XIX yüzilin qaydaları  əsasında “Neupersische Litteratur” qrifi ilə nəşr olunubdur. Karl Hermann Ethe həmin ön sözdə belə yazır: “Mən “Yusif və Züleyxa” poemasının məhz Əbülqasım Firdovsiyə aid olduğunu isbat edən bir sıra dəlilər tapdım. Çünki, “Şahnamə”də müəllif tərəfindən yazılan deyim tərzi, bədii təsvir vasitələrinin, frazeloji forma, əsərdə qeyd olunan mühit tamamilə Firdovsiyə aid olduğuna qətiyyən şübhə etmirəm”.
Ünlü ingilis şərqşünası Edvard Qranville Bronve (1862-1926) “Firdovsidən Sədiyədək fars yazınının keçmişi” adlı əsərində Firdovsinin “Yusif və Züleyxa” əsərini tədqiq edərək belə yazır: “Ən etibarlı bilgilər bizim əldə etdiyimiz ilkin qaynaqlardır. Onun “Şahnamə” və “Yusif və Züleyxa” poemalarında bir-birini inkar edən çoxlu məqamlar vardır. “Yusif və Züleyxa” poeması romantik bir əsərdir. Məsnəvi janrında yazılıb. Bu əsəri ilk dəfə üzə çıxaran Karl Hermann Etheyə minnətdarıq. Bu əsəri ilk dəfə poema kimi Əbül Müəyyəd Bəlxi və sonardan Bəxtiyari adlı şairlər yazmışlar. Sonradan Firdovsi bu mövzunu poema şəklində qələmə alıbdır. Firdovsinin “Yusif və Züleyxa” poemasının 7 əlyazması Fransanın kitabxanalarında qorunub saxlanılmaqdadır. Karl Hermann Ethe bu əsəri bir neçə dəfə İranda nəşr etdirmək istəsə də, yerli hakimlər və din xadimləri ona imkan verməyiblər. Alman aliminin təşəbbüsü ilə əsər Hindistanda 3 dəfə daşbasması ilə çap olunmuşdur. Onun 1889-cu ildə Vyanada (Avstriya) alman dilində Schlechta Wssehrd tərəfindən tərcümə etdiyi bu əsər isə möhtəşəmdir”.  

Fars şoviniztlərinin Karl Hermann Etheyə hücumları

Firdovsinin “Yusif və Züleyxa” əsərinin original mətnin və alman dilində çapını görən kimi demək olar ki, İran, Hindistan, Misir və Suriyadakı fars şovinizmi siyasətini yürüdən çetelər Karl Hermann Etheyə qarşı kəskin hücumlara keçdilər. Halbuki, alman alimi Əbdül Rəhman Cami və Nazim Heratinin Firdovsinin “Yusif və Züleyxa” poemasının bənzərini yazsalar da, Karl Hermann Ethe bu müəlliflərin əsərlərini fars və alman dillərində çap etdirmişdir. Fars şovinistləri bu iki müəllifə qarşı etiraz etməsələr də, Firdovsi məsələsində əməlli başlı hay-küy saldılar. Halbuki, alman aliminin əməyinə yüksək qiymət verilməli və ona sayğılar göstərilməli idi. Fars şovinistlərini rahatsız edən əsas məsələ Firdovsinin türklərə qarşı haqsız yerə “Şahnamə” poemasında həqarətlər yağdırmasını alman alimi tərəfindən gündəmə gətirilməsi idi. Karl Hermann Ethe yazırdı: “Firdovsi “Yusif və Züleyxa” poemasında xəyalqırıqlığını etiraf etməklə “Şahnamə”də yazdıqlarından peşman olduğunu bildirirdi. Həqiqəti inkar etdiyinə görə çox rahatsız olub həyatının son illərində”.
Türkiyənin tanınmış şərqşünas alimi professor Nurullah Çetin “yeni türk şairinin “Yusuf ve Züleyha hikayesi” əsərini tədqiq edərək belə yazır: “Bu hekayə ilə bağlı çox şairlər poema yazıblar. Tək Firdovsi bu poemanı məsnəvi janrında yazıbdır. Bu hekayə ərəb yazarı İmam Qəzalinin “Bəhrül Məhənnə” adlı əsərindən köçürülümüş və sonradan bütün Şərq aləminə yayılmışdır”.   
XX yüzilin ən nəhəng şərqşünas alimlərindən bir kimi tanınan Yevgeni Bertels (1890-1957) 300-dən çox elmi araşdırmalarının nəticəsi kimi yazırdı: “Firdovsinin “Şahnamə” poeması əgər it-bata düşsəydi, onun “Yusif və Züleyxa” poeması İran adlı bir ölkədə ən böyük poema ustadı kimi tarixdə böyük bir iz buraxacaqdı”. 
Sonda bunu qeyd etmək gərəkdir ki, farsların “ifrat irqçilik” doktrinası kimi tanınan “Şahnamə” əsəri ilə yanaşı “Yusif və Züleyxa” poemasının şovinist tərəfindən açıq şəkildə yasaqlanması əslində Firdovsinin “uydurma şəkildə yaratdığı qəhrəmanlar” ideyasının nə zamansa puça çıxacağından qorxurdular.  
 

Ə. Yusifoğlu
Xudaferin.eu

İstifadə olunan qaynaqlar:

[1] Walker Or. 64, dated A. H. 1140, Bodleian Cat, vol. i, No. 505

[2] Morley's copy in the British Museum, Add. 24,093, dated A. H. 1055, Rieu's Persian Cat., vol. ii. P- 545

[3] Elliott 414, dated A.H. 1232, Bodleian Cat., vol. i. No. 506

[4] Royal Asiatic Society, MS. Cat, No. 214

[5] Bland's copy, originally in Major Macan's Library, afterwards in that of Col. Baumgertner, now in the British Museum, Or. 2930, Supplement to Rieu's Persian Cat., No. 200, 1430 ilində Baysunğur`un buyuruğu ilə, Nəstəliq xəttiylə qələmə alınan Baysunğur Şahnaməsi, Tehran`ın Gülüstan Sarayı Muzeyi, No. 4752

[6] Dr. Sadiq Rızazade Şəfəq`in “Tarix-e Ədəbiyat-e Farsi” adıyla Farcaya çevirdiyi bu bitik, 1958, 197 2 və 1977 illərində Tehran`ın “Bonqah-e Tərcome və Nəşr-e Kitab” adlı yayınevində yayınlanmışdır;

[7] Carl Hermann Ethe (1844-1917), German Orientalist, author of “Neupersische Litteratur” in Grundriss der iranischen Philologie (1896-1904), best known for his catalogues of Islamic manuscripts, the most important of which are Catalogue of Persian, Turkish, Hindustani, and Pashtu Manuscripts in the Bodleian Library (2 vols., 1889-1930), and Catalogue of Persian Manuscripts in the Library of the India Office (2 vols., 1903-37, reprint London, 1980)

[8] Yusuf and Zalikha by Firdausi of Tus

Edited from the manuscripts in the Bodleian Library, the British Museum, and the Library of Royal Asiatic Society, and the two lithographed text of Tehran and Lucknow (or Cawnpore) By Hermann Ethe Oxford, at the Clarendon Press, 1908

[9] Yusuf and Zalikha by Firdausi of Tus By Hermann Ethe Oxford, at the Clarendon Press, 1908

[10] Verhandlungen des VII Internationalen Orientalisten-Congresses in Wien, Semitische Section, pp. 20-45, Wien, 1888,

[11] Neupersische Litteratur By Carl Hermann Ethe Trübner, Strassburg, 1897, Band II, p. 229

[12] 1- W (Walker Or. 64, dated A. H. 1140, see my Bodleian Cat, vol. i, No. 505)

2- M (Morley's copy in the British Museum, Add. 24,093, dated A. H. 1055, see Rieu's Persian Cat., vol. ii. P- 545)

3- E (Elliott 414, dated A.H. 1232, see Bodleian Cat., vol. i. No. 506)

4- A (Royal Asiatic Society, MS. Cat, No. 214)

5- B (Bland's copy, originally in Major Macan's Library, afterwards in that of Col. Baumgertner, now in the British Museum, Or. 2930, see Supplement to Rieu's Persian Cat., No. 200)

[13] 1- Teheran, lithograph, A.H. 1299, kindly presented to me in 1885 by Mr. Sidney Churchill in Teheran

2- Naval Kishor Press, Lucknow, A.H. 1287 and 1290, collated by me in the British Museum, re-issued at Cawnpore A.H. 1298 and 1304, the latter in my private collection

[14] Yusuf and Zalikha by Firdausi of Tus By Hermann Ethe Oxford, at the Clarendon Press, 1908, Preface

[15] A Literary History of Persia From Firdawsi to Sa'di By Edward G. Browne, London : Adelphi Terrace, T. Fisher Unwin Ltd First published in 19o6

Second impression 1915

Third impression 1920

[16] A Literary History of Persia From Firdawsi to Sa'di By Edward G. Browne, London : Adelphi Terrace, T. Fisher Unwin Ltd, 1906, p. 131

[17] A Literary History of Persia From Firdawsi to Sa'di By Edward G. Browne, London : Adelphi Terrace, T. Fisher Unwin Ltd, 1906, s. 146-147

[18] "Yeni Türk Şairinin `Yusuf ve Züleyha Hikayesi` Duyarlığı" Prof. Dr. Nurullah Çetin Türkoloji Dərgisi, C.13, S.1, s.109-143.

[19] Евгений Бертельс. Литературная энциклопедия, т. ii, c. 754? Y.E. Bertels.

 

17:13