Fahrettin Altun: Qarabağ Zəfəri Azərbaycan və Türkiyə başda olmaqla bütün türk dünyasının qardaşlığının nişanələri arasında yer alır
Haqlı mübarizəsində Azərbaycanı heç zaman tək buraxmayan Türkiyə, İkinci Qarabağ savaşında da “Çətin gündə biz Sizin yanınızdayıq!”, - deyərək qardaşlarının yanında yer aldı.
Aramızdakı qardaşlığın tarix boyunca sarsılmayacağını bu mücadilədə ortaya qoyduğumuz güclü həmrəyliklə bir daha bütün dünyaya nümayiş etdirdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin liderliyində “Bir millət, iki dövlət!” olaraq çiyin-çiyinə yanaşı durduq.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun 8 Noyabr – Zəfər Günü münasibətilə rəhbərlik etdiyi qurumda keçirilən “Qarabağ Zəfəri konfransı: Azadlığa qovuşan əzəli Vətən” mövzulu mərasimin rəsmi açılışındakı nitqində söyləyib.
Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi, Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirildiyi konfransdakı nitqində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan parlaq Qələbəyə görə səmimi təbriklərini çatdıran Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun vurğulayıb ki, Qarabağ Zəfəri Azərbaycan və Türkiyə başda olmaqla bütün türk dünyasının qardaşlığının nişanələri arasında yer alır.
“Dostluğumuz və qardaşlığımız əbədi olsun İnşallah!”, - deyərək fikir və düşüncələrini davam etdirən natiq diqqətə çatdırıb ki, Türkiyə Qarabağ Zəfərini qazandıran mücadilə prosesində strateji mərhələlərdə Azərbaycanın yanında oldu. Bütün sahələrdə olduğu kimi informasiya platformasında da güc birliyi yaratdıq.

Sabir Şahtaxtı
Xudaferin.eu
18:58
Digər xəbərlər