"Facebook"dan daha bir yenilik -"Selfie" şifrələr

Yaxın zamanlarda “Facebook”a şifrəsiz daxil ola biləcəksiniz.
Xudaferin.eu xəbər verir ki, “Webtekno”nun xəbərinə görə, yeni “üz tanıma” sistemi vasitəsilə artıq şifrə yazmaq dövrü geridə qalacaq. Sadəcə üzünüzün açıq vəziyyətdə olduğu fotonu “Facebook”a göndərəcəksiniz və şirkət hesabın sizə aid olub-olmadığını dəqiqləşdirəcək. Daha sonra göndərdiyiniz "Selfie" formatındakı foto şirkətin serverlərindən silinəcək.

 

"Facebook" bu yeniliklə insanları şübhəli vəziyyətlərdən qoruyacaq.

Xudaferin.eu

21:08