Eyvandan insanlara atəş açan İtaliya sakini öldü - YENİLƏNİB

İtaliyanın Kazerta vilayətinin Bellona şəhərində yaşadığı evin eyvanından insanlara atəş açan 48 yaşlı İtaliya sakini özünə yetirdiyi xəsarət nəticəsində ölüb.

Sonxeber.az Trend-ə istinadən bildirir ki, bu barədə yerli polisin məlumatında bildirilir.

 

Onun və həyat yoldaşının meyitlərini yaşadıqları mənzilə daxil olan polis əməkdaşları aşkar edib.

Hadisə nəticəsində üç nəfərin yaralandığı bildirilir.

01:22

İtaliya sakini evinin eyvanından küçədəki insanlara atəş açıb.

Sonxeber.az trend-ə istinadən bildirir ki, hadisə ölkənin Kazerta vilayətinin Bellona şəhərində baş verib.

İnsidentin yerli sakinlər arasında vahimə yaratdığı bildirilir.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.
 

Sonxeber.az

15:22