“Etibarlı bölgə yaradılması mövzusunda Türkiyənin təcrübələrindən istifadə edilməli”

 

Bahçeşehir Universiteti və Vaşinqtonda Qlobal Siyasət İnstitutunun birgə təşkil etdiyi konfransda Suriyada etibarlı bölgə yaradılması mövzusu müzakirə edilib. ABŞ prezidenti Donald Trumpın kampaniya dövründə Milli Təhlükəsizlik müşaviri olan Cozef Schmit, Suriyada etibarlı bölgə mövzusunda Türkiyənin təcrübələrindən istifadənin zəruri olduğunu bildirib. Bahçeşehir Universiteti və Vaşinqtonda yerləşən Qlobal Siyasət İnstitutunun birgə təşkil etdiyi konfransda Suriyada etibarlı bölgə yaradılması mövzusu müzakirə edilib.

Cozef Schmit; Siyasətçi, alim, hərbçi başda olmaqla xeyli sayda məşhur simanın qatıldığı tədbirdə etdiyi çıxışında: “İnanıram ki Trump rəhbərliyi başda Türkiyə olmaqla bölgədəki müttəfiqləriylə ortaq bir məxrəcdə razılaşacaq. Türkiyə qaçqın böhranına qarşı mübarizə edir. Etibarlı bölgə mövzusunda Türkiyənin təcrübəli olduğuna inanıram. Bu səbəbdən də rəsmi Ankara bu barədə Vaşinqtona məlumat verməlidir” deyə vurğulayıb. Etibarlı bölgələrə zərurət olduğu mövzusunda ortaq fikir bəyan edilən tədbirdə, Türkiyənin Suriyada illərdir təhlükəsiz zona yaradılmasını istədiyinə diqqət çəkilib. Son illərdə Suriya mənşəli terror hücumlarına məruz qalan Türkiyə, öz təhlükəsizliyinin təmini başda olmaqla, Suriyalıların daha etibarlı və dinc bir mühitdə yaşaması üçün etibarlı zona yaradılmasını istəyir. Tədbirə qatılan Amerika Hava Qüvvələrinin sabiq generallarından Thomas McInerney, etibarlı bölgələrin əhəmiyyətini vurğulayıb.

Bahçeşehir Universiteti Amerika Araşdırmaları Mərkəzinin rəhbəri və Qlobal Siyasət İnstitutu mütəxəssisi Burak Kuntay isə yaradılması nəzərdə tutulan etibarlı bölgə ilə həm insani böhranların qarşısının alınması həm də təhlükəsizliyin təmin edilməsinin məqsəd götürüldüyünü, dünyanın bu mövzuda Türkiyənin milli təhlükəsizlik haqqının idrakında olmalısının lazım gəldiyini ifadə edərək: “Terrorçular Türkiyəyə sızmağa başladıqları üçün Ankara təbii olaraq özünü qorumaq məcburiyyətində qaldı. Həmçinin Suriyada hər gün insanlar ölür. Danışmaq və müzakirələr bu insanları ölümdən xilas etmir. Suriyada etibarlı bir bölgə yaradmaq məcburiyyətindəyik. Yaradılacaq zona Münbiç qəsəbəsini də əhatə etməlidir. Amerika rəhbərliyi terror təşkilatı DEAŞ-ı məhv etmək üçün başqa bir terror qruplaşması olan YPG-dən istifadə etmək istəyir. Ancaq bir terror təşkilatının başqa bir terror təşkilatı tərəfindən məğlub edilməsi geyri mümkündür” deyə qeyd edib.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

10:36