Estoniya Avropa İttifaqında sədrliyi qəbul edir

 

 

İyulun 1-də Estoniya Avropa İttifaqında rotasiya qaydasında sədrlik edən ölkə olacaq. Estoniya bu səlahiyyətləri Maltadan qəbul edəcək və altı ay ərzində icra edəcək. Bu, Estoniya tarixində Aİ-də ilk prezidentlik olacaq.

 

Estoniyanın sədrlik devizi belədir: “Tarazlıq vasitəsilə birlik”. Bu deviz ənənəvi mədəniyyət, təbiət və yeni texnologiyalar arasında daimi tarazlıq axtarışını əks etdirir.

Estoniya Avropa İttifaqı üçün aktual məsələlərə diqqət yetiriləcəyini vəd edir. Belə məsələlər arasında ən başlıcası rəqəmsal texnologiyalar ilə bağlı olacaq. Hazırda Estoniyanın inkişaf etmiş informasiya texnologiyaları ölkəsi kimi məşhur olduğunu nəzərə alsaq, təəccüblü deyil ki, o, əsas diqqəti özünün başlıca nailiyyətləri üzərində cəmləşdirməyə çalışacaq.
Estoniya Aİ-də prezidentlik estafetini əvvəlcə planlaşdırılandan yarım il tez qəbul edir, çünki məlum Brexit məsələsi ilə əlaqədar, Böyük Britaniya bu vəzifədən imtina edib.

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Estoniyanın baş naziri Yuri Ratas ilə birgə mətbuat konfransında deyib ki, Estoniyanın rəhbərliyi dövründə Aİ Şurasında sədrlik etibarlı əllərdə olacaq. J.Yunker Estoniyanın Aİ Şurasında sədrliyi dövründə ilk növbədə rəqəmsal texnologiyalarla bağlı məsələlərdə irəliləyiş gözləyir. Baş nazir Ratas deyib: “Vahid rəqəmsal bazarın şərti məlumatların Avropada sərbəst yerdəyişməsidir. Bu məqsədə nail olmaq üçün həm qar4şılıqlı etimad və təhlükəsizlik gücləndirilməli, həm də kibertəhlükəsizlik məsələlərinə diqqət artırılmalıdır”.

Xudaferin.eu
“Avropa Bürosu”

09:47