Ermənistanı və havadarlarını qorxuya salan F-16 nəyə qadirdir - detallar

Şahin Cəfərli: “Prezident təhdidlərə qarşı açıq mətnlə bildirdi ki, siz müdaxilə etsəniz, Türkiyə də edəcək”

Vətən müharibəsi başlayan ilk gündən Ermənistan prezidenti daxil olmaqla, ermənipərəstlər Türkiyənin Azərbaycanda olan F-16-ları haqqında danışırlar. Bəzi xarici mətbutda və əsasən də Ermənistan tərəfində bu bir ay ərzində dəfələrlə F-16-ların guya döyüşə girməsi ilə bağlı iddialar ortaya atılar. Amma bunu heç cür sübut edə, ortaya bir fakt qoya bilmirlər. Çünki belə hal yoxdur.

Bu mövzu ilə bağlı bir neçə dəfə Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan rəsmilərinin və hətta Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın da cavabları var. Onlar bildiriblər ki, F-16-lar heç bir döyüşdə iştirak etməyib.

Həmin cavablarda qeyd edilib ki, təyyarələr bu ilin iyul ayında Azərbaycanda Türkiyə və Azərbaycanın birgə keçirdiyi təlimlər zamanı gətirilib.

Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki  biz haqlıyıq

Prezident İlham Əliyev oktyabrın 26-da etdiyi çıxışında bir daha bu məsələyə toxundu. Və təkrar olaraq qeyd etdi ki, həmin F-16-lar təlimlər zamanı Azərbaycana gəlmişdi və müharibə başladığı üçün qaldılar. Prezident İlham Əliyev sensasion sayıla biləcək bir bəyanat da verdi.

Ali Baş Komandan söylədi ki, kənardan aqressiya olarsa, bunu edənlər həmin F-16-ları qarşılarında görəcəklər.

Maraqlıdır ki, Ermənistan və onun havadarları niyə F-16-dan bu qədər qorxurlar? NATO arsenalına aid olan F-16 özündə hansı gücü daşıyır, hansı üstünlüklərə malikdir?

Türkiyə F-16-ları Azərbaycanda » QƏRBİNFO.az - xəbər portalı

Musavat.com mövzunun aktuallığını nəzərə alaraq F-16 haqqında məlumatları təqdim edir:

F-16 daha çox “Savaş Şahin”ləri kimi də tanınır.

F-16 digər qırıcı təyyarələrlə müqayisədə çəkisinin az olması və ən aşağı məsafədən uçan hədəfləri vurmaq özəlliyinə sahibdir.

Mükəmməl manevr qabiliyyəti olan bu təyyarələr özünü sübut etdiyi üçün bir çox ölkələrə ixrac olunub.

Bu qırıcıların istehsalına 1976-cı ildən başlanılıb. İkinci Dünya müharibəsində MİG-21 təyyarələrindən sonra dünyada kütləvi şəkildə istehsal edilən savaş təyyarəsidir. Son məlumatlara görə, 5 minə yaxın F-16 dünyanın bir çox ölkəsinə satılıb.

F-16 havaya qalxarkən və düz hərəkətdə olarkən bir neçə saniyədə maksimal sürəti yığa bilmək imkanına da sahibdir. Havaya qalxarkən saniyədə 254 metr məsafə qət edir.

Türkiyə F-16-larının Gəncə üzərində uçuşu erməniləri PANİKAYA salıb

Qardaş Türkiyə F-16 qırıcılarının C və D modellərindən istifadə edir. Bu qırıcılar havada və quruda hədəfləri dəqiqliklə vurmağı bacaran əsas qırıcılar hesab edilir.

F-16-nın istehsalında F-15 ve F-111 kimi özünü təsdiq etməyi bacarmış qırıcıların texnologiyasından istifadə edilib və mükəmməl bir iş ortaya qoyulub.

Təyyarənin uzunluğu 15.03 metr, eni 9.45 metr, hündürlüyü isə 5.09 metrdir.

Saatda 2475 kilomet sürətlə hərəkət edə bilən F-16-nın çəkisi silahsız 8.6 tondur. Yüklə çəkisi isə 30.6 tona çata bilir.

F-16 maksimal yanacaqla 3.300 kilometr məsafəni qət edə bilir. Dünyada özünü təsdiq etmiş F-16 qırıcılarının daha da müasirləşmiş formasının istehsalı gözlənilir.

Şahin Cəfərli: “Onların bu tip qərarları çərəsizlikdən doğur”

Politoloq Şahin Cəfərli Prezident İlham Əliyevin F-16 məsələsinə diqqət çəkməsi və sensasion sayıla biləcək açıqlama verməsini şərh edib.

Ş.Cəfərli deyir ki, Rusiyanın Zəngilan-Qubadlı-Laçın zolağında bayraq nümayişi, İranın cənub-qərb sərhədimizdə hərbi təlimləri və SEPAH komandirlərinin bəyanatları Azərbaycana açıq təhdid kimi qiymətləndirilir:

“Prezident bu təhdidlərə qarşı açıq mətnlə bildirdi ki, siz müdaxilə etsəniz, Türkiyə də edəcək. İranın Xəzərdəki provokasiyalarına cavab olaraq, Türkiyənin F-5 döyüş təyyarələrinin 2001-ci ilin avqustunda  Azərbaycana gəlib, Xəzər və Bakı üzərində uçuşlar keçirməsini xatırlatmaq yerinə düşər”.

Xudaferin.eu

16:08