Ermənistanda son illər insan hüquq və azadlıqları sahəsində vəziyyətin pisləşməsi beynəlxalq aləmdə də etiraf olunur
Azərbaycanın Ermənistan üzərindəki tarixi Qələbəsi və 30 illik işğala son qoyması məğlub ölkədə dərin mənəvi-psixoloji sarsıntı yaradıb. Bununla yanaşı, dərin demoqrafik, sosial və iqtisadi böhranla üz-üzə qalan Ermənistan digər tərəfdən COVID-19-un fəsadlarından yaxa qurtara bilmir. Həm məğlubiyyət, həm də koronavirus kabusu ölkənin daxilindəki bütün problemləri qabarıq şəkildə üzə çıxardıb. Bütün bunlar Ermənistanda insan hüquq və əsas azadlıqlarını, əhalinin sağlamlığının qorunmasını tamamilə unutdurub. Onsuz da son illər Ermənistanda insan hüquq və azadlıqlarının müdafiəsi bərbad vəziyyətdə idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
Hüquq müdafiəçisi deyib ki, Ermənistanda insan hüquq və azadlıqlarının müdafiəsi xüsusilə 2019-2021-ci illər ərzində daha kəskin xarakter alıb. Bu ölkədə siyasi deyil, ictimai münasibətlər də ən aşağı səviyyədədir. Artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatları da Ermənistanda baş verən bu biabırçılığı ört-basdır etmir, öz hesabatlarında hər şeyi olduğu kimi əks etdirməyə başlayıblar. Halbuki, ötən illərdə bu ölkədə baş verən hüquq norma və prinsiplərinin kobud şəkildə pozulması, insanların hər addımbaşı təhqir olunması, təhdidlərə və təzyiqlərə məruz qalmaları ört-basdır edilirdi.
Ç.Qənizadə vurğulayıb ki, artıq beynəlxalq təşkilatlar da Ermənistanın bu özbaşınalıqlarından təngə gəlib və işğalçı ölkədə baş verən qeyri-demokratik hərəkətləri etiraf etməyə başlayıblar. ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının, həmçinin beynəlxalq insan hüquqlarının müdafiəsi ilə məşğul olan çoxsaylı qeyri-hökumət təşkilatlarının hesabatlarında Ermənistanda insan hüquq və azadlıqlarının müdafiəsinə laqeyd yanaşma kəskin tənqid olunur. Son illər Ermənistanda söz, mətbuat və sərbəst toplaşmaq hüquqlarının pozulması, ifadə azadlığının daha da məhdudlaşdırılması, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, şəffaflığın boğulması, polis tərəfindən insanlara qarşı zor tətbiqinin artması və cəzaçəkmə müəssisələrində acınacaqlı vəziyyətin pik həddə çatması beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb.
Komitə sədri bildirib ki, “Freedom House” tərəfindən nəşr edilən 2020-ci il üzrə “Nations in Transit” hesabatına əsasən, Ermənistan 100 ballıq şkala üzrə 33 ballıq nəticə ilə yarıgücləndirilmiş avtoritar rejimdir. Qeyd olunur ki, bu ölkədə siyasi proseslər yüksək dərəcədə qütbləşib, hakimiyyətin müstəqil idarə olunmalı qolu hesab edilən məhkəmə sistemi isə qeyri-müstəqildir. Elə bunun nəticəsidir ki, insanlar artıq məhkəmə sisteminə inamını itirib.
“Freedom House” tərəfindən nəşr edilən 2021-ci il Dünya Azadlıq Hesabatında isə Ermənistan “qismən azad” dövlətlər sırasında yer alıb. Hökumətin siyasətinin insanların siyasi hüquqları və mülki azadlıqları ilə bağlı davam edən problemlərə görə qeyri-sabit olduğu da diqqətə çatdırılıb.
Ç.Qənizadə ABŞ Dövlət Departamentinin Ermənistandakı insan hüquq və azadlıqlarının pozulmasını qiymətləndirməsinə də münasibət bildirib. Vurğulayıb ki, hesabatda qeyd olunduğu kimi, bu ölkədə insan hüquqları sahəsində problemlər baş alıb gedir. Ermənistanda baş verən işgəncələr, səbəbsiz azadlıqdan məhrumetmə, cəzaçəkmə müəssisələrinin pis vəziyyətdə olması, insan alveri, vətəndaşların şəxsi həyatına müdaxilə, müstəqil məhkəmə sisteminin yetərsizliyi, zorakılıq yaradan və mülki əhaliyə zərər vermək məqsədilə törədilmiş cinayətlər adi hala çevrilib.
Hüquq müdafiəçisi Avropa İttifaqının 2020-ci il üzrə insan hüquqları və demokratiya hesabatına da toxunub. Bildirib ki, bu hesabatda da Ermənistandakı mövcud vəziyyət kəskin tənqid olunub. Belə ki, Ermənistanda insanlar arasında –seçkiliyik, gender bərabərliyi və gender əsaslı zorakılıqdan müdafiə, işgəncə və pis rəftar, azadlıqdan məhrum etməzdən öncəki məhkəmə prosedurlarının tənzimlənməsindəki qanun pozuntuları hesabatda yer alıb.
Ç.Qənizadə beynəlxalq təşkilatların hesabatlarında medianın fəaliyyətinə süni əngəllərin yaradılmasından, onların müstəqil fəaliyyətinin tamamilə məhdudlaşdırılmasından, jurnalistlərə qarşı təqib və zorakılıq hallarının qeyd olunduğunu bildirib. O deyib: “2020-ci ilin ikinci yarısında İfadə Azadlığını Müdafiə Komitəsinin (CPFE) jurnalistlərə qarşı zorakılıq nəticəsində 6 xəsarət faktı barədə məlumat verib. Bununla yanaşı, CPFE-nin məlumatlarına əsasən, 2021-ci ilin birinci yarısında jurnalistlərə qarşı zorakılıq halları artaraq 7 hadisə və 8 xəsarətlə nəticələnib. Bütün bunlarla yanaşı, Ermənistan antihumanizm siyasətini öz siyasətində əsas tutan monoetnik bir ölkədir. 2020-ci ildən etibarən ölkədə antisemit əhval-ruhiyyənin artımı müşahidə olunur. Belə ki, təkcə ötən il Yerevanda Holokost və soyqırımı abidəsi iki dəfə vandalizmə məruz qalıb”.
Bütün bunları əsas götürən hüquq müdafiəçisi 2019-2021-ci illər ərzində insan hüquq və azadlıqlarını diqqətdə saxlayan nüfuzlu beynəlxalq təşkilatların hazırladıqları hesabatların Ermənistanın aqressiv, qeyri-konstruktiv, bəşəri dəyərlərə zidd siyasət yürüdən ölkə olduğunu təsdiqlədiyini vurğulayıb.

Xudaferin.eu
23:06
Digər xəbərlər