Ermənistanda kütləvi zəhərlənmə

Ermənistanın Armavir vilayətində üzümçülüklə məşğul olan müəssisənin 90-a yaxın əməkdaşı zəhərlənib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Zəhərlənən 20 nəfər tibbi yardımın göstərilməsindən sonra evə buraxılıb, 30 nəfər Metsamor tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Zəhərlənmənin səbəbi araşdırılır.

12:26