“Ermənistan tutacağı qırılmış çamadandır, daşımaq olmur, atmağa da əlin gəlmir” - Milyarderə cavab

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan oktyabrın 5-də Vladimir Putinə müraciət edib.

Müraciətdə deyilir: “Bu hansısa tanınmamış respublikaya qarşı ərazi ilə bağlı münaqişə deyil. Bu, Ermənistanla Azərbaycan arasındakı müharibə deyil, bu, daha ciddi məsələdir. Əgər elə olsa, bu, fəlakətlə başa çatacaq. İnanın ki, bu, Rusiya üçün sağalmayan yaraya çevriləcək”.

Bu müraciəti şərh edən Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov deyib ki, Ermənistan Rusiya üçün tutacağı qırılmış çamadan kimidir, atmağa əlin gəlmir, tutacaqsız çamadanı isə daşımaq çətindir. O, Ruben Vardanyana müraciətlə deyir: “Söylə, niyə rusiyalılara Dağlıq Qarabağda baş verənlərlələ bağlı saxta məlumat verirsən, niyə prezident Putinə həqiqəti əks etdirməyən sözlərlə müraciət edirsən?” “Exo Moskvı” saytının şərh bölümündə soydaşımız belə yazıb. Bu barədə Rusiyanın “rbs.ru” saytı xəbər yayıb.

Fərhad Əhmədovun şərhində aşağıdakı fikirlər də yer alıb: “Ermənistan Rusiyanın hesabına mövcuddur, bu ölkəni Rusiya bəsləyir. Buna baxmayaraq, Rusiyadan gizlin şəkildə Ermənistan Qərblə də oyun oynayır, Qərbə üz tutmağa çalışır, ancaq Ermənistan Qərbdə kimsəyə lazım deyil”.

xudaferin.eu
 

23:15