Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi və PUA məhv edilib

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən PUA bölmələrimiz tərəfindən məhv edilib.

Düşmən itkilərə məruz qalıb.
Qeyd edək ki, separatçı DQR rejimi son günlər keçirdiyi saxta referendum nəticələrini ortaya qoymaq və bununla da erməni cəmiyyətində döyüş əhval-ruhiyyəsini qaldırmaq üçün Azərbaycanın bir sıra cəbhə boyu bölgələrində iri miqyaslı hərbi əməliyyatlar aparmağa cəhdlər göstərmişdir. Lakin Azərbaycan Ordusunun cavab atəşləri ilə qarşı tərəf böyük itkilərə məruz qalmışdır. Bu məsələ ilə bağlı ilk dəfə olaraq, İrəvandakı erməni KİV-ləri də etiraf dolusu xəbərlər yayınlanmaqdadırlar.

Xudaferin.eu

10:21