Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Xudaferin.eu

13:15