Ermənistan Qarabağa müharibəyə hazırlaşır? Əhali səfərbər olunur

 

Bu günlərdə erməni saytları və sosial şəbəkələrində vətəndaşların kütləvi şəkildə səfərbərliyi ilə bağlı fotolar yayımlanır.

Aprel müharibəsinin ildönümü ərəfəsində erməni mediası yeni hazırlıq planlarını əks etdirən fotolar yayıb. Yayılan məlumatlarda qeyd olunub ki, Ermənistan hökuməti vətəndaşlarını kütləvi sürətdə səfərbər edərək Qarabağ cəbhəsinə yola salır. Onu da bildirək ki, erməni tərəfi bütün bunlara ona görə iri həcmdə maliyyə məsrəfləri ayırır ki, 1998-ci ildə İrəvanda parlamentdə terror edərək bir neçə naziri, deputatı və spikeri öldürməklə silahlı çevriliş nəticəsində iqtidara gələn və bu günə qədər hakimiyyətdə qalan “mahribə partiyası” son zamanlar əməlli başlı qorxuya düşüb. İrəvanda əhalinin artıq bu hakimiyyətdən üz döndərməsi, elə onların aqibətinin başlandığının sübutudur. Buna görə də saxta vətənpərvərlik ideyaları ilə mümkün qədər vaxt qazanmaqla əldə etdikləri var-dövləti və sərvəti xarici ölkələrə daşımağa başlayıblar.

Cebhe.info

 

09:26