Ermənistan müxalifəti Gümrü və Maralik şəhərlərinin meriya binalarını ələ keçirib

Ermənistan müxalifətinin tərəfdarlarından ibarət bir qrup şəxs Gümrü və Maralik şəhərlərinin meriya binalarına soxularaq nəzarəti ələ keçiriblər.

Xudaferin.eu TASS-a istinadən xəbər verir ki, etirazçılar şəhər administrasiyası rəhbərliyindən müxalifətə qatılmalarını tələb edirlər.

Eyni zamanda şəhərin bütün dövlət binalarının müxalifət tərəfdarlarının nəzarətində olduğu bildirilir.

Oxşar vəziyyət Maralik şəhərində də müşahidə olunur. Orada da nümayişçilər meriya binasına soxularaq hökumət əleyhinə şüarlar səsləndirirlər.

Aksiyanın təşəbbüskarlarından biri, şəhərin Ağsaqqallar Şurasının üzvü Aqun Saqatelyan bildirib ki, xalq Respublikaçılar Partiyasının hakimiyyətindən qurtulmaq istəyir. O əlavə edib ki, şəhər sakinləri merdən Respublikaçılar Partiyasına üzvlükdən imtina etməyi və müxalifət hərəkatına qoşulmağı tələb edirlər.

12:40