Ermənistan müxalifətçiləri etiraz aksiyalarını bərpa etmək niyyətindədirlər

Müxalifətçi deputat Nikol Paşinyan Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyalarının şənbə günü səhər yenidən başlanacağını bəyan edib.

Xudaferin.eu RİA "Novosti"yə istinadla xəbər verir ki, etiraz hərəkatının lideri N.Paşinyan bildirib: "Sabah biz 11.00-da aksiyamıza başlayacağıq. Biz bu gün etdiyimiz kimi yolları bağlamaqda davam edəcəyik, amma bu dəfə daha geniş şəkildə".

Erməni deputat mitinqdən sonra İrəvanın mərkəzi küçələri ilə yürüş keçiriləcəyini də bildirib.

Qeyd edilməlidir ki, Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən davam edir.

Xudaferin.eu

13:13