Ermənistan müdafiə nazirinin İrana gizli səfəri

İşğalçı Ermənistanın müdafiə naziri Vigen Sərkisyan İran mollakratiya rejiminin xüsusi dəvətlisi olaraq gizlicə Tehrana səfər edəcək. Səfər çərçivəsində Sərkisyanın iranlı həmkarı ilə görüşəcəyi gözlənilir. Məlumata görə, onun görüşü yanvar ayının 30-da baş tutacaq.

“XUDAFERİN.EU” saytının əldə etdiyi məlumata görə “Səfərin əsas məqsədi İranla Ermənistan arasında hərbi məsləhətləşmələrini davam etdirməkdir”. Vigen Sərkisyanın bu səfəri haqda nə Ermənistan, nə də İran heç bir rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, Ermənistan Rusiyadan aldığı böyük silah arsenalını İran üzərindən Orta Doğudakı terrorçu qruplara satmaq siyaasətini aparır. Belə bir ticarət dövriyyəsindən həm İran mollakratiya rejimi, həm də Ermənistan tərəfi böyük vəsait qazanırlar. Beləliklə Qərb dövlətləri də Orta Doğun ölkələrində terrorizmin qarşısını almaq istəyirlərsə, dərhal İran-Ermənistan işbirliyinin üzərinə getməlidirlər. Orta Doğu ölkələrindən olan Suriya, İraq, Oman, Sudan, Livan, Bəhreyn, Küveyt kimi ölkələrdə İran mollakratiya rejiminin dəstək verdiyi “hizbullah”çı terror qüvvələrinin silah mənbəyi Tehran mollakratiya və Ermənistandakı diktatura rejimləridir. 

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

11:05