Ermənistan mart ayında Qarabağda yeni müharibəyə başlayacaq

 

“Qarabağda yeni müharibə martda olacaq”

Bu iddia ilə Ermənistanın “Aykakan jamanak” qəzeti çıxış edib. Qəzet qeyd edir ki, Ermənistanda yeni müharibə haqda söz-söhbətlər gəzir və buna hazırlıq gedir.

“O haqda danışılır ki, yeni müharibə mart ayında olacaq. Bu rəsmi təsdiqini tapmasa da, kulislərdə müzakirələr davam edir”, – deyə qəzet qeyd edib.

Ermənistanda müharibə hazırlığını hərbi mənbələr də qəzetə təsdiqləyib. “Təəssüf ki, çoxsaylı ehtimalar müharibənin reallığını təsdiqləyir”, – deyə erməni qəzeti yazıb.

 

Politika.Az

 

11:24