Ermənistan bayram günlərində əsl simasını nümayiş etdirir - Rəsmi BƏYANAT

"Bütün beynəlxalq ictimaiyyət Novruzun fundamental dəyərləri, sülh, barış, anlaşmadan danışarkən, Ermənistan əsl simasını nümayiş etdirərək atəşkəsi pozmaqda davam edir".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz Twitter səhifəsində yazıb.

 

"Ermənistan Novruz bayramı günlərində atəşkəsi pozaraq əsl simasını nümayiş etdirir", - deyən H.Hacıyev bu gün 98, ötən gün isə 101 dəfə atəşkəsin pozulduğunu qeyd edib.

modern.az

16:05