Ermənistan Bakı-Novorossiysk kəmərini də vurmağa çalışdı
Düşmən ölkə Moskvanın qəzəbini üzərinə çəkmək istəyir?
Döyüş meydanında və diplomatik müstəvidə məğlubiyyətə uğrayan Ermənistan Azərbaycanın mülki əhalisini, həmçinin enerjidaşıyıcılarını dünya bazarına çatdıran kəmərlərini hədəf almağa davam edir. Azərbaycan Baş Prokurorluğundan “Yeni Müsavat”a verilən məlumata görə, Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymağa davam edir.
18 oktyabr 2020-ci il tarixdə, saat 13 radələrində Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib Azərbaycan Respublikasının Xızı rayonunun ərazisində hərbi hədəf olmayan xam neft və kondensat ixrac edən kəmərləri hədəfə alıb. Ermənistan silahlı qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən artıq məsafədə yerləşən Xızı rayonu istiqamətində raket zərbələri endirməyə çalışıb, Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsəfəyə səpələnib.
Törədilmiş həmin cinayət nəticəsində neft ixrac edən və dağıdılması əhəmiyyətli maddi zərər vurulmasına səbəb ola bilən böyük ötürücülü xam neft və kondensat ixrac edən kəmərlər üçün təhlükəli şərait yaranmaqla infrastruktur obyektlərinə məxsus xüsusilə külli miqdarda əmlakların qəsdən məhv edilməsinə cəhd olunub.
Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.
Qeyd edək ki, Bakı-Novorossiysk neft kəməri Azərbaycan neftini dünya bazarına çatdıran 3 ixrac kəmərindən biridir. Kəmərin ümumi uzunluğu 1347 km, o cümlədən, Azərbaycan hissəsi 231 km, Rusiya hissəsi 1116 km-dir. Kəmər 1983-cü ildə Qroznı neftini Bakıdakı emal zavodlarına çatdırmaq üçün tikilib, 1995-1996-cı illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və SOCAR tərəfindən hərəkət istiqaməti dəyişdirilib.
Hazırda kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir. Borunun diametri - 720 mm., nasos stansiyalarının sayı 12-dir. Maksimal daşıma qabiliyyəti ildə 6 milyon ton təşkil edir. Daşıma qabiliyyətini ildə 17 milyon tona qədər artırma imkanı var. Azərbaycan ərazisində neft kəmərinin hərəkət istiqamətinin dəyişdirilməsinə 60 milyon dollar sərf olunub. Kəmərə neft Səngəçal neft terminalından vurulur. Kəmərin Azərbaycan hissəsinin operatoru - ABƏŞ, Rusiya hissəsinin operatoru isə Rusiyanın “Transneft” şirkətidir ki, o həm də mövcud obyektlərin təmiri və yenidən qurulmasına, eləcə də yeni obyektlərin tikintisinə sərf olunan xərcləri öz üzərinə götürür.
Bakı-Novorossiysk kəməri ilə neftin nəql tarifi Rusiya Federasiyasının ərazisində 1 ton üçün 15,67 dollar, Azərbaycan Respublikası ərazisində 1 ton üçün 1,013 dollar təşkil edir.
Energetika Nazirliyinin məlumatına görə, ötən il SOCAR Bakı-Novorossiysk kəməri ilə 824,4 min ton neft nəql edib ki, bu göstərici 2018-ci illə müqayisədə 36,5 faiz azdır.
Bu ilin yanvarından kəmərlə neft nəqli dayandırılıb, yalnız iyulun 17-də bərpa olunub. SOCAR-dan nəqlin dayandırılması texniki səbəblərlə izah edilmişdi.
Bakı-Novorossiysk Azərbaycan neftinin daşınmasında elə də ciddi rola malik olmasa da, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı iqtisadi əlaqələr baxımından xüsusi əhəmiyyətə malikdir. Ermənistan bu kəməri hədəf almaqla Rusiyanı qıcıqlandıra bilər. Son vaxtlar Ermənistan rəhbərliyinin Rusiyadan gözləntilərinin doğrulmamasından dolayı düşmən ölkədə Moskvaya qarşı ittihamlar güclənir. Bu baxımdan, Rusiya ilə Azərbaycanı bağlayan kəməri vurmaqla ermənilər rəsmi Mockvanın Dağlıq Qarabağda başlayan hərbi əməliyyatlarda sərgilədiyi təmkinli münasibəti öz ziyanlarına dəyişə bilərlər.
Xatırladaq ki, oktyabrın 6-da ermənilər Azərbaycan neftini Avropaya çatdıran Bakı-Tiflis-Ceyhan neft kəmərini vurmağa cəhd ediblər. Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri oktyabrın 6-da regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tiflis-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, ordumuzun qətiyyətli tədbirləri nəticəsində terror cəhdinin qarşısı alınıb.
Ermənistanın məhz Yevlax rayonu ərazisində kəməri vurmağa çalışması isə təsadüfi deyil. Belə ki, BTC keçdiyi ərazilər boyunca torpağın altı ilə çəkilib. Azərbaycan ərazisində yalnız iki yerdə kəmərin müəyyən hissəsi yerin üstü ilə gedir: Səngəçal terminalında və Yevlax rayonu ərazisində. Bu ərazilərdə nasos-kompressor stansiyaları yerləşir

Xudaferin.eu
11:10
Digər xəbərlər