Ermənilər işğal altında olan ərazidə yanğın törədib

 

Ermәnistanistan Silahlı Qüvvələri işğal altında olan Ağdam rayonunda yanğın törədib.

Yanğın rayonun Bayramlar kәndinin әrazisində meydana çıxıb. Kәndin yaxılığında müşahidә olunan alov daha sonra daha geniş әraziyә yayılıb. Otlaq vә әkin sahәlәridә müşahidә olunan tüstü rayonun cәbhәyanı kәndlәrindәn görünməkdədir.
Qeyd edək ki, ermənilərin hər il yaz aylarının ortalarında süni şəkildə otlaq sahələrini yandırmaq taktikası yeni hadisə deyil. Çarlıq Rusiyası dönəmində Quzey Qafqaza qarşı aparılan savaşda ruslar uzun müddət istənilən uğurları əldə bilmirdilər. Rus ordusunun erməni mənşəli general Pavel Lazarev ilk dəfə olaraq, indiki Stavropol, Krasnodar və Rostov vilayətlərinin otlaq və əkin sahələrinin yandırılması siyasətini tətbiq etməklə yerli əhalini məcburi miqrasiyaya üz tutmasına məcbur etmək taktikasını sərgiləmişdi. Elə o dönəmdən rus hərb tarixində “torpaq yandırmaq” taktikası yaşanılmaqdadır. Son 23 ildə Qarabağ ətrafında ermənilərin bu taktikadan yararlanmasının mənası da budur. İşğal olunmuş ərazilərimizin çevrəsində yaşayan əhali bütün acılara dözərək torpaqlarımızı heç bir zaman tərk etməmişlər. Ermənilər unudurlar ki, artıq belə bir taktiki gedişlərin heç bir mənası qalmamışdır.
 

Hurriyyet.org 

09:23