Ermənilər Ağdamda hərbi təlimə başladı

 

Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan yaşayış məntəqələrində növbəti hərbi təlimlərə başlayıb.

Redaksiyamıza daxil olan bilgilərə görə bölgənin “Uzundərə” adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriya qurğularından istifadə edilir. Ağdamın cəbhəyanı kəndlərinin sakinləri bildiriblər ki, günün birinci yarısından başlayaraq işğal altında olan ərazilərdə güclü partlayış səsləri də eşidilir. Cəbhəyanı kəndlərdən partlayış zamanı yaranan toz-duman aydın görünür.
Qeyd edək ki, bölgədə yaşayan soydaşlarımız, yəni yerli əhali ermənilərin hərbi təlimlər adı altında gündəmə gətirmək istədikləri psixoloji təsir siyasətindən qorxaraq kimsə öz doğma yurd-yuvasını tərk etmək niyyətində deyil. Bununla yanaşı, Azərbaycan Milli Ordusunun qüvvələri də tələb olunan ən yüksək səviyyədə döyüş hazırlığına malikdir.

Xudaferin.eu
“Qarabağ Bürosu”

 

09:31