Erməni tarixçi: “Soyqırımda” türkləri günahlandırmaq səfehlikdir

Ermənistanlı tarixçi, ədəbiyyatşünas və bloger Filip Ekozyans öz “Facebook” səhifəsində erməni xalqına video müraciət ünvanlayıb.

Oxu.Az xəbər verir ki, Ekozyans öz müraciətində, Ermənistanda bir liderin başqa bir lideri əvəz etməsinin xeyirsiz bir əməl olduğunu bildirib.

Onun sözlərinə görə, “Marmot günü” filmində olduğu kimi, ölkədə heç nə dəyişməyəcək, hər şey təkrarlanacaq.

Tarixçi əmin edir ki, Ermənistanın çiçəklənməsi üçün yeganə yol, Türkiyə və Azərbaycanla qardaş münasibətlərin bərpa olunmasıdır.

“Ermənistanda problemlər nə inqilab, nə də əks-inqilab yolu ilə həllini tapa bilməz, tezliklə ermənilər bunun şahidi olacaq.

Dəyişən yalnız adlar olacaq, buna görə də sonra erməni xalqı məyusluğa qapılacaq. Xaricə köçə bilməyən, qapalı məkanda, qəfəsdə saxlanılan ermənilər, hakimiyyətə kimin gələcəyindən asılı olmayaraq elə bu qəfəsin içində qalacaq.

Heç zaman ermənilərin olmadığı torpaqları tələb etməyə son qoymaq lazımdır. Bizim buna heç bir haqqımız yoxdur, nə hüquqi nə də ki, əxlaqi. Həmçinin türklərin cinayətkar və zülmkar olduğunu bütün dünyaya car çəkməyə son qoymaq lazımdır.

1915-ci ildə baş vermiş hadisələri soyqırım adlandırmaq olmaz. Türk xalqını bunda ittiham etmək sadəcə səfehlikdir”.

Oxu.az

17:51