Erməni ordusunda döyüş sursatları oğurlanıb - Aprel döyüşləri

2016-cı ilin aprelində Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş döyüşlərdən sonra erməni qoşunlarının hərbi hissələrində döyüş sursatlarının itməsi halları qeydə alınıb.

Bununla əlaqədar prokurorluq bir neçə cinayət işi açıb.

Ehtimal olunur ki, silah-sursatı aprel döyüşlərində iştirak etmiş könüllülər özləri ilə aparıblar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Yerevan sakini Levon Gevorqyan 2016-ci il aprelin 10-dan mayın 19-dək döyüş bölgəsində təlim keçib və qeyri-qanuni olaraq 176 patron ələ keçirib.

Bu patronlar onun mənzilində aşkar olunduqdan sonra barəsində cinayət işi açılıb. //Trend

17:26