Erməni ekoloji terroruna etiraz olaraq Avropa Parlamentinin qarşısında dinc aksiya keçirilib

Brüssel Azərbaycan Evi və Belçika Azərbaycanlıları Federasiyasının birgə təşkilatçılığı ilə Avropa Parlamentinin qarşısında erməni ekoloji terroruna etiraz əlaməti olaraq dinc aksiya keçirilib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, aksiyada diaspor fəalları Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etirazlarını bildiriblər.

Aksiya zamanı “Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz edirik!”, “Erməni ekosidinə son!”, “Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!” tələblərinin əks olunduğu plakatlar nümayiş etdirilib. Bu addımla diaspor fəalları Laçın-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və könüllülərin tələbləri ilə həmrəy olduqlarını bəyan ediblər.

Xudaferin.eu

16:26