Elman Rüstəmovun xaosu: banklar dollar satmır, manatın dəfninə 5 gün qaldı

Azərbaycanda üçüncü yaxud da tam devalvasiyaya cəmi 5 gün qalır. Yanvarın 1-də manatın tam üzən məzənnəyə keçidi olacaq. Yeni ilin ilk günündən xalqa müjdə verməyə hazırlaşan Mərkəzi Bank manatın hazırkı kursda saxlanması üçün da əlavə pul sərf edir. Bu baxımdan tam devalvasiya qərarı verilib və yanvardan ölkədə iqtisadi xaos yaşana bilər. Dekabr ayının 26-na ölkədə valyuta satmayan bankların sayı 30-a çatıb. Hazırda ancaq 2 bank nağd şəkildə 50-100 dollar limitlə xarici valyuta satır.

“Turanbank” da valyuta satışını tam dayandırıb. Xatırladaqki, bu bank ötən həftə ancaq öz müştərilərinə kiçik limitlə valyuta satırdı. “YapıKredi Bank (Azərbaycan)” isə 50 dollar limitlə satışı bərpa edib. “Bank Silk Vey” ancaq hava limanındakı filialında xaricə gedən vətəndaşlara 200 dollar satır. Bunun üçün xaricə uçuş biletinizi təqdim etməlisiz.
Manat o zaman dayanıqlı valyuta kimi sərbəst üzən məzənnəyə keçəcək və bu keçid iqtisadiyyat üçün dağıdıcı olmayacaq ki, tədiyyə balansının qeyri-neft kəsirinin indiki nəhəng məbləği ən ideal halda profisitlə əvəzlənəcək, ən pis halda minimuma enəcək. Tədiyə balansının indiki talbosu ilə manatın real məzənnəsinin hansı nöqtədə qərarlaşacığını proqnozlaşdırmaq imkansızdı. Amma ümumi nəticəni proqozlaşdırmaq mümkündü - yekun nəticə güclə ayaq üstə tab gətirən iqtisadiyatın tam kollapsı ola bilər. Hökumət tam devalvasiya ilə maliyyə sabitliyinin mərhələli şəkildə yaranacağını hesablayıb. Lakin hesablanmayıb ki, bu qərar xarakiri etməkdir və cəmiyyəti zərbə altında qoymaqdır. Çünki manatın başının birdəfəlik buraxılması minlərlə istehsal müəssisəsinin, obyektlərin bağlanması, ixtisarların daha kütləvi olması deməkdir. Hazırda ixtisarlar getməkdədir və iş yerlərində ştatlar azaldılır. Amma tam devalvasiya ölkəni özaltında qoya bilər. AMB sədrinin tam üzən məzənnəyə keçid hazırlığı haqda çıxışı o deməkdir ki, iqtisadiyyatın, manatın taleyi Allahın ümidinə buraxılır. Baş bankirin xəbərdarlığı hökumətin maliyyə və valyuta siyasətində yanvardan nələrə gedəcəyinin anonsudur. Aparılan səhv və səhlənkar monetar siyasətin nəticəsidir ki, bu gün Neft Fondu və Mərkəzi Bankın aktivləri hesabına ayda 100 milyonlarla dollar vəsait bazara atılır və əridilir. Gözlər isə neftin qiymətindədir ki, bəlkə bahalaşdı və bu proses dayandı. Ancaq ən zəif iqtisadi savadı olan vətəndaş da bilir ki, bu mümkün olmayacaq.

Politika.Az

12:32