ELAN: Almaniyada Qarabağ mitinqi keçiriləcək

Avropada yaşayan bir qrup soydaşlarımızın təşkilatçılığı ilə birləşmiş Millətlər Təşkilatının Almaniyanın Bonn şəhərində yerləşən nümayəndəliyi qarşısında yerli hakimiyyət orqanları ilə razılaşadırılmış etiraz aksiyasının, Qarabağ mitinqinin keçirilməsi nəzərdə tutulur.

Aksiya Ağdamın işğalının növbəti ildönümü ilə bağlı iyulun 20-də, yerli vaxtla saat 13.00 -dan 15.00-dək keçiriləcək.

Aksiyanın təşkilatçıları əsasən Avropada yaşayan ağdamlılardı və onlar bütün soydaşlarımızı, Qarabağsevərləri aksiyada fəal iştiraka dəvət edir.

Aksiyanın keçiriləcəyi yerin ünvanını göstərirlər:
Platz der Vereinten Nationen 1, 53113 Bonn. Almaniya

Təşkilat Komitəsi. Avropada yaşayan Ağdamlılar.

İnformasiya dəstəyi: Xudafərin.eu

01:32