Ekspert: Qarabağ münaqişəsinin həlli üçün Ermənistana kompleks tədbirlərlə təsir etmək lazımdır

 

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təkcə diplomatik səylər kifayət etmir.

Bunu “Şimal-Cənub” politologiya mərkəzinin aparıcı eksperti Aleksandr Karavayev deyib. O qeyd edib ki, ATƏT-in Minsk qrupu təsir mexanizmi qismində tamamilə tükənib: “Amma bununla belə, güc yoluna ümid etmək düzgün olmazdı. Çünki bu, genişmiqyaslı müharibəyə gətirib çıxara bilər”.

Ekspertin sözlərinə görə, münaqişənin həllini “ölü nöqtə”dən kompleks tədbirlər – iqtisadi praqmatizm və etimad tədbirləri sayəsində tərpətmək olar. Bu tədibrləri ötən il yaradılmış Ermənistan-Azərbaycan sülh platforması kimi təşəbbüslərlə yaratmaq olar.

Bundan başqa A.Karavayev qeyd edib ki, bunun üçün bütün dünyada informasiya kampaniyası da vacibdir.

TREND İA
 

08:37