Ehtiyatlı olun: Satışda sintetik düyülər at oynadır

Bir çox məhsulların saxta hazırlanması haqqında məlumatlı olsaq da onun bir gün ölkəmizə, mətbəximizə qədər gəlib çıxacağına inanmırdıq. Saxta yumurta iə yanaşı artıq mətbəximizə saxta düyülər də daxil olub. Sosial şəbəkədə paylaşılan bu foto hər kəsi heyrətləndirib. Gənc xanım mağazadan yeni aldığı düyünün plastik olduğunu aşkarlayıb. Lakin düyünün hansı mağazadan aldığını və hansı şirkətin məhsulu olduğunu açıqlamayan xanım bütün valideyinləri diqqətli olmağa və əlaqədar  təşkilatları məsələ ilə bağlı tədbir görməyə çağırıb.

Qeyd edək ki, hakimiyyət yetkililəri çox zaman sosial narazılığa səbəb olan bir sıra problemlərin qarşısını almaq əvəzinə, qətiyyətlə bütün bunları inkar yolunu tutub. Bu yaxınlarda hökumətə çox yaxın olan ATV kanalının əməkdaşının vicdanı dözməyərək satışda saxta və sintetik üsulla hazırlanmış yumurta məsələsini gündəmə gətirmişdi. Özü də həmin xanım əməkdaşı bu olayı supermarketlərin birində mobil telefonuna çəkərək həyəcan təbili çalmışdı. Saxta düyülər də bu siyasətin bir parçasıdır. İşbazlar ölkəyə minbir yolla xaricdən, özəlliklə də Çindən sintetik qidalar gətirməklə qısa bir zamanda ən zəngin şəxslərə çevrilmək siyasətini yürüdürlər. Hər dəfə olduğu kimi Dövlət Gömrük Komitəsinin gözləri kor, qulağı kar və dili də lal olur.

Xudaferin.eu   

16:54