“Ehtiyatlar tükənir, ölkə təhlükənin astanasındadır”
“İxrac yönümlü fəaliyyətdə və idxalıəvəz edən yerli malların istehsalında əməli şəkildə dönüş yaratmaq mümkün olmazsa, xarici valyuta ehtiyyatlarının tükənməsinin qarşısını almaq mümkün olmayacaq”.
Bu barədə iqtisadçı-ekspert Nemət Əliyev Facebook səhifəsində yazıb. N.Əliyev deyir ki, gömrük məlumatlarına görə bu ilin ilk 9 ayında (ötən ilin eyni dövrünə nəzərən) qeyri-neft mallarının ixracı 1 milyard dollara yaxın və ya 37% azalıb. Neft mallarının ixracı isə bu müddətdə 2,4 milyard dollar və ya 33% azalıb. Hələ yalnız bu istiqamət üzrəölkəyə valyuta daxilolmaları 3,3 milyard dollardan çox azalıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumatların təhlili göstərir ki, qeyri-neft istehsalı da düşməkdə davam edir. Hətta emal sahələrinin 48%-ni tənəzzül bürüyüb”.
İqtisadçının sözlərinə görə, nə ixracyönümlü fəaliyyətdə, nə də yerli istehsalda mənfi tendensiyanı durdurmaq mümkün olduğuna görə vəziyyət daha da pisləşib: “Hazırkı gedişat iqtisadi və sosial baxımdan çox təhlükəlidir. Bu gedişat bir müddət də davam etsə, ehtiyyatların tükənməsi prosesi daha da sürətlənəcək və bu prosesi dayandırmaq xeyli çətin olacaq”.

Xudaferin.eu
21:34
Digər xəbərlər