Düsseldorfda kürdlərlərin aksiyasında qarşıdurma zamanı 15 polis xəsarət alıb

 

Almaniyanın Düsseldorf şəhərində etiraz aksiyası keçirən kürdlər və polis əməkdaşları arasında toqquşma olub.

Nnümayişin dağıdılması zamanı 15 polis əməkdaşı xəsarət alıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir. Aksiya iştirakçıları PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın şəkli olan bannerlər qaldırıblar. Onlar polisin plakatları yığışdırmaq tələblərini rədd ediblər və asayiş keşikçilərinə müxtəlif əşyalar atıblar. Hüquq mühafizə orqanlarının əməkdaşları isə iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Qeyd edək ki, İraq, Suriya, Türkiyə və İranda yaşayan kürdlərin vahid bir ərazidə birləşərək qondarma “Kürdüstan” ideyasını irəli sürmələri artıq Qərb dövləttlərində də normal hal kimi qəbul edilmir. Bunun əsas səbəblərindən biri də, son aylarda İspaniya, İtaliya, Fransa, Almaniya və digər ölkələrdə milli azlıqların referendum keçirərək özlərinin müstəqil dövlət qurmaq ideyasıdır. Bu da öz növbəsində həmin ölkələrin yerli iqtisadiyyatına milyardlarla zərərlərin dəyməsi deməkdir. Avropa dövlətlərində uzun illərdir mühacir statusu ilə yaşayan kürdlər isə insan haqları adı altında daim Orta Doğu ölkələrində kürd separatçı qüvvələrini müdafiə etmiş və hətta PKK kimi terror siyasətini yürüdən təşkilatların arxasında dayanmışlar.
 

Xudaferin.eu

Almaniya, "Berlin Bürosu"

 

10:12