Düşmənin qapısını açanlar

Elə şey var ki, ona fikir bildirməmək olmur. Anadan müqəddəs bir varlıq və yaxud amil varsa, o da VƏTƏNDİR. Əgər Vətənə XƏYANƏT varsa, vətənini SEVƏN hər bir kəs öz sözünü deməlidir. Bu yaxınlarda Yerevanda Talışsünaslıq adı altında konfrans keçirilib və ora bir neçə nəfər talış əsilli “insanlar” (Zahirəddin İbrahimi, Zabil Məhərrəmov) də gedib. Bunun nə demək olduğunu əslində sözlə ifadə eləmək çətindir. Satqınlıqmı?- YOX. Bu satqınlıqdan da artıqdır. Xəyanətmi? – yenə də YOX. Bu nədirsə satqınlıqdan və xəyanətdən o tərəfə olan bir şeydir. Adam anasını satarmı?Adam Ana Vətəninə xəyanət edərmi? Hər şeyi qoyuram kənara, hər şeyi. Əgər Ana Vətən və yaxud anan səni incidirsə, bu sənə düşmən qapısını açmağa, düşmənə boyun əyməyə haqq verirmi? Qətiyyən yox. Əgər balan həmin düşmənin gülləsinə tuş gəlib şəhid olubsa, sən necə gedib onunla bir yerdə otura bilərsən? Onun dediklərinə əl çala bilərsən??? Bax belədir mənim əzizlərim, Yerevanda keçirilən həmin başıbəlalı konfransda iştirak eləyən talışlar təkcə ləyaqətlərini, şərəflərini ititmədilər, onlar TALIŞLIQLARINI itirdilər. Çünki vətənimizə, Azərbaycanımıza, dövlətçiliyimizə xəyanət elədilər. Onlar kimdirlər? Bircə kəlməylə, heç kim, vəssalam. Çünki əslində konfrans talışşünaslıqdan çox “şərəfsizşünaslıq” konfransına çevrildi. Əlbəttə biz də bu cür konfransların keçirilməsini istəyirik. Amma öz vətənimizdə – Lənkəranda, Lerikdə, Astarada, Bakıda. Niyə də yox? Məncə Azərbaycan hökuməti də bu haqda ciddi düşünməlidir. Bu cür ünsürlərə düşmən qarşısında zırıdamağa, əzilməyə, məzlum kimi görünməyə imkan verilməməlidir. Digər tərəfdən heç kim Zahirəddinə, Zabilə ixtiyar verməyib ki, bütün talışların adından danışsın. Bu ixtiyarı talışların mənəvi və ləyaqət simvolları eləyə bilər. İndi adlarını çəkmirəm, amma bu ışlə məşğul olan, öz vətənini, talışı, talış mahalını, Azərbaycanı, Azərbaycan dövlətçiliyini SEVƏN insanlar eləyə bilər, ona NİFRƏT eləyənlər yox!… Erməni qucağı sizin üçün nə qədər isti olsa da, ay bədbəxtlər, ŞƏHİD olan talış gənclərini yadınıza salıb heç üşümədinizmi?…

Seyran Rəfiyev

xudaferin.eu

11:18