Dünyanın ən gəlirli yüz informasiya texnologiyaları şirkəti arasında “Apple” birinci oldu
“Gartner” analitik şirkəti dünyanın ən çox gəlirə malik yüz informasiya texnologiyaları (IT) şirkətinin siyahısını tərtib edib.
“Computerworld ” resursunun verdiyi siyahıya görə IT məhsulları və elektron komponentlər istehsal edən, eləcə də sahə üzrə xidmətlər göstərən (rabitə xidmətləri istisna olmaqla) yüz şirkət daxil edilib. Birinci yeri bir il əvvəl olduğu kimi, şirkətin qiymətləndirməsinə görə, 2016-cı ildə illik gəliri 218,1 milyard dollar təşkil edən “Apple” şirkəti tutub. Bu, ikinci yerdə qərarlaşan “Samsung Vendor Group” şirkətinin gəlirindən 79 milyard dollar çoxdur. Sonrakı mövqelərdə “Google” (90,1 milyard dollar, internet şirkəti il ərzində reytinqdə beşinci yerindən üçüncü pilləyə yüksəlib), Microsoft (85,7 milyard dollar) və “IBM” (77,8 milyard dollar) yer alıb.
Bildirilir ki, “Apple”, “Samsung” və “Google” şirkətlərinin uğuru əsasən onların fəaliyyət istiqamətlərinin “Nexus of Forces” (güc mərkəzi) təsiri - bir-birini gücləndirən sosial, mobil və “bulud” texnologiyalarının birləşməsi ilə üst-üstə düşməsi ilə izah edilir.

Xudaferin.eu
“Avropa Bürosu”
09:27
Digər xəbərlər